Dünya
III Çarlz Ceyms Bondu belə qarşıladı - Kral ailəsindən jest
Böyük Britaniya kralı III Çarlz və kral ailəsinin digər üzvləri aktyor Robert Pattinsonun Ceyms Bond roluna seçilməsini ictimai şəkildə dəstəkləyiblər.
Publika.az xəbər verir ki, 40 yaşlı aktyorun məşhur casus obrazını canlandıracağı rəsmən elan edildikdən sonra kral ailəsinin sosial şəbəkə hesablarında təbrik mesajı paylaşılıb. Mesajda məşhur Bond filmlərinin ifadəsinə işarə edilərək yeni agentin Əlahəzrətin Məxfi Xidmətinə xoş gəldiyi bildirilib.
Pattinsonun namizədliyi noyabrın 16-da “Amazon MGM Studios” tərəfindən təsdiqlənib. Növbəti Bond filminin rejissoru “Dune” və “Blade Runner 2049” filmləri ilə tanınan Deni Vilnöv olacaq. Ssenarini isə “Kəskin papaqlar” serialının yaradıcısı Stiven Nayt yazır.
Robert Pattinson yeni rola seçilməsini böyük şərəf və çoxdankı arzusunun gerçəkləşməsi kimi qiymətləndirib.
Qeyd edək ki, Britaniya kral ailəsinin Ceyms Bond franşizası ilə əlaqələri uzun illərə dayanır. 2012-ci ildə Kraliça II Yelizaveta London Olimpiadasının açılışı üçün hazırlanan yumoristik videoda Daniel Kreyqlə birlikdə çəkilib. III Çarlz da 2021-ci ildə “Ölməyə vaxt yoxdur” filminin premyerası da daxil olmaqla, Bond filmləri ilə bağlı tədbirlərdə iştirak edib.
Müəllif: Adəm
-
Rəsmi xronika15:08Prezident Latviya Prezidentini təbrik etdi
-
Nida Xəbər 14:37ABŞ-da Azərbaycan bayrağı endirilib? - Dövlət Komitəsindən açıqlama
-
Nida Xəbər 14:31Hafiz Məmmədovun ailəsinin əmlakları ilə bağlı yeni qərar
-
Elm və təhsil13:40“Diplom varsa, avtomatik biliklər də var” - Nazir bu yanaşmanı tənqid etdi
-
İdman12:33Məşhur model futbolçunu "ovlamaq" üçün hər yola əl atdı, amma... - FOTO
-
Elm və təhsil12:27Emin Əmrullayevin oğlu deyilmiş? - Uşaq özü HƏQİQƏTİ AÇIQLADI - VİDEO
-
Nida Xəbər 11:33Muxtar Maniyevin oğlu vəzifədən azad edildi
-
Sosial11:18Prezidentin qızı və gəlini konsertdə - FOTOLAR














.png)

.jpg)



















