Ermənistanda parlamentin işi İFLİC OLDU
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistanda parlamentin işi İFLİC OLDU

Ermənistanda bu günə nəzərdə tutulan növbəti parlament iclası kvorum olmadığına görə keçirilməyə bilər.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu haqda parlamentin sədri Ara Babloyan bildirib.

O, həmkarlarına reqlamentə uyğun olaraq gözləməyi təklif edib. Hazırda iclas zalında 41 deputat var. İclasın keçirilməsi üçün isə 53 deputatın qeydiyyatdan keçməsi lazımdır.

Qeyd edək ki, Ermənistan ötən gün parlament qanunvericiliyə dəyişiklik layihəsini qəbul edib. Qanun layihəsini Respublikaçılar Partiyası və Çarukyan Blokunun deputatları təqdim edib. Qanun layihəsi 67 səslə qəbul edilib. Çıxış Bloku dəyişikliyə etiraz olaraq Paşinyanın təklifi ilə iclası boykot edib.

Qanun layihəsi Parlament reqlamenti haqqındadır. Dəyişiklik parlamentin buraxılması imkanlarını daha da məhdudlaşdırır.

Bu, baş nazir Nikol Paşinyana qarşı parlament partiyalarının qiyamı kimi xarakterizə edilə bilər. Belə ki, növbədənkənar seçkilərlə parlamentdə çoxluğu ələ keçirməyə çalışan Paşinyana qarşı artıq digər fraksiyalar birləşiblər. Parlamentdə çoxluğa sahib Sərkisyanın Respublikaçılar Partiyası, “Çarukyan” bloku və “Daşnaksütyun”la parlamentdə 3/2 səs çoxluğunu tam təmin edib.

Axşam saatlarında Paşinyanla parlament fraksiyalarının iki saat davam edən müzakirəsi keçirilib. Paşinyan parlamentin qarşısına çıxıb və bildirib ki, fraksiyalar onun istefasından sonra baş nazir postuna namizəd irəli sürməyəcəkləri öhdəliyini götürüblər.

Paşinyan həmçinin qeyd edib ki, növbədənkənar seçkilərin dekabrda keçirilməsini də razılaşıblar. Çünki ölkədə krizisin daha bir neçə ay uzadılması məqbul deyil.

Bu gün isə Ermənistanda prezident Armen Sarkisyanın fərmanı ilə 6 nazir istefaya göndərilib.

İstefaya göndərilən nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Aşot Akopyan, idman və gənclər naziri Levon Vaqradyan, fövqəladə hallar naziri Qraçya Rostomyan, enerji infrastrukturları və təbii sərvətlər naziri Artur Qriqoryan (hamısı "Çiçəklənən Ermənistan" partiyasından), iqtisadi inkişaf və investisiyalar naziri Artsvik Minasyan və kənd təsərrüfatı naziri Artur Xaçatryandır ("Daşnaksütun" partiyası).

Daha öncə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, "Çiçəklənən Ermənistan" və "Daşnaksütun" partiyalarının nazir və qubernatorları işdən çıxarılandan sonra istefa verəcək.

Paşinyan bildirib: "Nazirlər və qubernatorların işdən azad olunma haqqında qərar de-yure qüvvəyə mindikdə, mən istefaya gedəcəm... Ancaq baş nazir vəzifələrini icra edəcəyəm".

Öz növbəsində "Daşnaksütun" partiyası bəyan edib ki, özü nazirlərini geri çağırır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm