Cənubi Qafqaz
"Exit-pollar”ın nəticələri AÇIQLANDI: Gürcüstan prezidenti…
Gürcüstanda prezident seçkiləri ilə bağlı keçirilmiş "exit-pollar"ın nəticələri açıqlanıb.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, “Rustavi2” televiziya kanalının sifarişi əsasında keçirilmiş "exit-poll"un nəticəsinə əsasən, prezident seçkilərinin ikinci turu gözlənilir.
“Exit-poll”un nəticələrinə görə, namizədlərdən heç biri 50 faiz səs toplaya bilməyib. İkinci turun müxalifətçi Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze və müstəqil namizəd, Hakim “Gürcü Arzusu” Partiyasının dəstəklədiyi Salome Zurabişvili arasında keçiriləcəyi gözlənilir. Onların hər biri 40 faiz səs toplayıb. “Exit-poll”un nəticələrinə əsasən, Avropa Gürcüstanı Partiyasının namizədi David Bakradze 10 faiz səs toplayıb.
Hakim “Gürcü Arzusu” Partiyasının sifarişi ilə "Psixoproyekt" şirkətinin keçirdiyi "exit-poll"un nəticələrinə görə isə Salome Zurabişvili 52,3, Qriqol Vaşadze 28,1, David Bakradze isə 9,2 səs toplayıb.
Digər bir sorğunun nəticələrinə görə, Qriqol Vaşadze 37, Salome Zurabişvili 34, David Bakradze isə 17 faiz səs yığıb.
Gürcüstanın baş naziri Mamuka Baxtadze bildirib ki, "exit-poll"un məlumatına görə, Salome Zurabişvili prezident seçkilərində əminliklə liderlik edir.
David Bakradze seçkilərdə məğlub olduğunu etiraf edib. O, seçkilərin ikinci turunun keçiriləcəyi halda, Qriqol Vaşadzeni dəstəkləyəcəyini açıqlayıb.
Məlumat üçün qeyd edək ki, seçici bülletenlərində Mərkəzi Seçki Komissiyasında rəsmi qeydiyyatdan keçmiş 25 namizədin adı var. Onlardan iki namizəd - Akaki Asatiani və Vaxtanq Qabuniya artıq namizədliklərini geri çəkiblər.
Bu seçkilər dövlət başçısının sonuncu birbaşa seçimi olacaq. Prezident 6 il müddətinə seçiləcək.
Ömər
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin206:1653 yaşlı türk aktrisa necə formada qaldığının sirrini açıqladı - Foto
-
Sosial02:42Bakının bu ərazisində söküntüyə hazırlıq gedir: Kompensasiya veriləcək? - Video
-
Magazin100:45Natiq Şirinov yeni doğulan nəvəsi ilə - Video
-
Qoroskop00:15Günün ulduz falı - Estetik zövq axtarışında olacaqsınız
-
Nəqliyyat00:00Bakı-Sumqayıt yolundakı tıxac problemi belə həll olunacaq - Video
-
İdman28 Noyabr 22:48Valdas Dambrauskas: “Qız Qalasının yanında stadion tikməliyik?”
-
Region28 Noyabr 22:00Gözəlliyi ilə gündəm olan Gülümün həyat hekayəsi üzə çıxdı - FOTO






.jpg)






























