Cənubi Qafqaz
Sarkisyandan Paşinyanla bağlı ŞOK SÖZLƏR: 9 dekabrda... - Qorxunc PLAN
“Ermənistanda baş nazir səlahiyyətlərini icra edən Nikol
Paşinyan səhvlərini ört-basdır etmək üçün günahı xalqın üzərinə
atır. Guya xalq tamamilə əksinqilabçıdır. İnsanlar baş nazirdə iş
yeri, pensiya tələb edir, yolların çəkilməsini istəyir”.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın keçmiş
müdafiə naziri Viqen Sarkisyan deyib.
Sarkisyan qeyd edib ki, Paşinyan günahı xalqın belinə yükləyərək,
fəaliyyətinə ciddi səhvlər etməklə başladı.
“Cənab Paşinyan, hakimiyyət dünyasına xoş gəlmisiniz. Bundan sonra
xalq yolu, məktəbi, xəstəxananı, pensiyanı, hətta maddi yardımı
sizdən tələb edəcək. Tənqid etmək yerinə bir az işləmək lazımdır.
Razıyam, bu, o qədər də asan deyil. İnsanlara real iş yerləri
lazımdır, bunun üçün əvvəlcə investisiyalar lazımdır və hər şeydən
əvvəl investorlara hörmət edilməlidir. Yeri gəlmişkən, çıxışınız
zamanı “10 iqtisadi faktda” səhv rəqəmlər var idi. Sizin
iqtisadiyyat naziriniz, yaxud referentiniz kimdir? Ermənistanda
işləyən və vergi verənlərin sayı 350 min yox, ən azı 500 mindir.
Lakin kənd təsərrüfatı bura daxil deyil. Yeri gəlmişkən, sizin
müşaviriniz yaxın vaxtlarda dövlət sektorunda 150 min iş yerini
azaldacaqlarını bildirdi. İşdən çıxarılanlar özəl sektoruna
keçəcək. Bu növbədənkənar seçkilərə qədər olacaq, ya yox?
Düşünürəm, bunu indidən açıqlamaq lazımdır ki, insanlar 9 dekabrda
buna görə səs versinlər. Xahiş edirəm, 7 dəfə düşünün, bir dəfə
edin. Və siz öz çıxışınızda bildirdiniz ki, insanların maddi
yardımlarını kəsəcəksiniz ki, onlar işləsinlər. Belə
“islahatlardan” ilk öncə aşağı təbəqə əzab çəkir. Bunu etməyin”, -
deyə Sarkisyan bildirib.
V.Sarkisyan Paşinyana xitabən qeyd edib ki, vəziyyət daha da
pisləşəcək.
Asif
-
Magazin203:43“Eşref Rüya”dan izləyicilərə sürpriz: "İhtiyar" gəldi - Foto
-
ABŞ03:19Vens ABŞ-ın “qırmızı xətt”indən danışdı
-
Qoroskop01:40Günün ulduz falı: həyat sizə dərs verəcək...
-
Dünya00:45Netanyahu gizlicə İranın "burnunun ucuna" səfər edib
-
Elm və təhsil13 May 22:18Nazir universitet və kolleclərlə bağlı əmr imzaladı
-
İdman13 May 21:51Həmzət məğlub oldu – Erməni 50 min dollar uduzdu
-
MDB13 May 21:39Müharibə başlayandan bəri belə hücum olmamışdı...
-
Ekopublika.az13 May 20:24Qurban bayramına sayılı günlər qaldı - Heyvan bazarında qiymətlər necədir?













.jpg)



.jpg)








.jpg)





.jpg)


