Avropa
Ukraynanın dövlət borcu yeni rekord həddə çatdı
Ukraynanın dövlət və dövlət tərəfindən zəmanət verilmiş xarici və daxili borcu yeni tarixi maksimuma çatıb.
Publika.az xəbər verir ki, ölkənin Maliyyə Nazirliyinin məlumatında deyilir
Ukrayna Maliyyə Nazirliyi hər ay əvvəlki ay üzrə dövlət borcunun məbləği barədə məlumat dərc edir. Qurumun məlumatına görə, avqustun 31 tarixinə olan vəziyyətə əsasən, dövlət borcunun həcmi 9,60289 trilyon qrivna və ya 215,55 milyard ABŞ dolları təşkil edib. Avqust ayında göstərici 1,37 milyard dollar artıb.
Bundan əvvəl Ukraynanın dövlət borcunun hər ay 4–5 milyard dollar artdığı bildirilirdi. Bununla yanaşı, maliyyə nazirliyinin məlumatları dərc etməyə başladığı 2011-ci ildə respublikanın xarici və daxili borcu 473,185 milyard qrivnaya bərabər idi.
Avqust ayında Ukrayna dövlət borcunun xidməti və ödənilməsi üçün 721,8 milyon dollar, həmçinin Beynəlxalq Valyuta Fondunun kredit öhdəlikləri üzrə 285,2 milyon dollar ödəyib. Kiyevin ödənişlərinə kredit proqramları üzrə vəsaitin qaytarılması, eləcə də faizlər və rüsumlar daxildir. Beləliklə, Ukraynanın avqust ayında borcları üzrə ödədiyi ümumi məbləğ 1 milyard dolları ötüb.
Hüseyn İbadlı
-
Avropa20 Oktyabr 23:36"Avropa Ukraynadakı münaqişədən yorulub" - Donald Tramp
-
İdman20 Oktyabr 22:30"Sabah" doğma meydanda "Borussiya"ya məğlub oldu - YENİLƏNDİ
-
Magazin220 Oktyabr 22:24Dünyanın ən gözəl qadını saunada çılpaq poza verdi - FOTO
-
Nəqliyyat20 Oktyabr 21:24Sabah bu yolda hərəkət tam məhdudlaşdırılacaq
-
İdman20 Oktyabr 20:24“Sabah” “Borusssiya”ya qarşı - START HEYƏTLƏR
-
Nida Xəbər 20 Oktyabr 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin220 Oktyabr 14:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 20 Oktyabr 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO



















.jpg)











