Cənubi Qafqaz
Vətəndaşlarımızı evində qul kimi işlədən erməni general Azərbaycana QAÇIR
Erməni general Manvel Qriqoryan faktiki olaraq azad hərəkət hüququndan məhrum edilib.
Publiak.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda onun vəkili Levon Baqdasaryan mətbuat kobfransında deyib.
Vəkil həmçinin, müdafiə etdiyi şəxsin Ermənistanı tərk edib Qarabağa gedəcəyi barədə Ermənistan İstintaq Komitəsinin açıqlamasını absurd adlandırıb.
“Bildirirlər ki, Manvel Qriqoryan azadlıqda qalarsa, Ermənistanı tərk edəcək. Rəsmən bəyan edirlər ki, həbs qətimkan tədbirini dəyişə bilmərik. Səbəb kimi onun Qarabağa gedəcəyini deyirlər”, - vəkil deyib.
Qeyd edək ki, Manvel Qriqoryan səhhətində yaranan problemlərlə əlaqədar həbsdən azad edilərək Armavir vilayətinin Aknaliç kəndinə gətirilib. Orada onun bağ evi var. Eçmiadzini sakinləri onu yenidən həbsin altına qaytarmağı tələb edərək küçələrə çıxıblar. Polis məhkəməsiz cəzalandırmadan ehtiyat edərək Qriqoryanı evinin ətrafında gecə-gündüz növbə çəkir.
Baqdasaryan isə hesab edir ki, etiraz aksiyalarını polis özü istiqamətləndirir.
“Mümkün qədər daha çox insan toplaşsın deyə polis özü təşkilatçıları dəvət edib və aksiya keçirməyi məsləhət görüb”, - Baqdasaryan deyib.
İrəvan məhkəməsi dekabrın 21-də 25 milyon dram ( 51,5 min dollar) girov qarşılığında Qriqoryanın azad olunması haqqında qərar qəbul edib. Qriqoryan silahın qanunsuz saxlanılmasında və hərbçilər üçün olan ərzağın mənimsənməsində ittiham edilərək iyunda deputat toxunulmazlığından məhrum edilməklə həbs olunmuşdu.
Ermənistanın baş prokurorluğu Qarabağ müharibəsində azərbaycanlılara qarşı soyqırımın əsas iştirakçısı olmuş Manvel Qriqoryanın azadlığa buraxılması ilə bağlı məhkəmə qərarından apelyasiya şikayət verib. Baş prokurorluğun nümayəndəsi Arevik Xaçatryan deyib ki, məhkəmənin Qriqoryanla bağlı qərarı əsassızdır.
Qeyd edək ki, Manvel Qriqoryan azərbaycanlı əsirləri evində qul kimi işlətməsi ilə də məşhurdur.
-
Avropa17:11Fransada yaşayış yeri böhranı: 927 evsiz həyatını itirib
-
Nida Xəbər 16:50XİN: Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq
-
Yaxın Şərq16:05Xamenei: Müharibənin bitməsinin şərtlərini Tehran müəyyən edəcək!
-
Nəqliyyat15:20Moskva-Bakı marşrutu üzrə kruiz gəmisi istifadəyə verilir
-
Yaxın Şərq14:35ABŞ balıqçı gəmilərini vurdu? - 2 nəfər itkin düşüb, 1 yaralı var
-
Səhiyyə14:18Əhliman Əmiraslanov: Növbə gözləyən xəstələrin sayı kifayət qədər çoxdur!
-
Yaxın Şərq13:33Xarici işlər nazirindən İran xəbərdarlığı: İkinci raund daha dağıdıcı olacaq!
-
Ekologiya13:06Noyabrın ilk gününün hava proqnozu açıqlandı





































.jpg)
.jpg)
