Cənubi Qafqaz
Paşinyanın taleyini müəyyən edəcək ÜÇ ŞƏRT: öldürücü HÜCUM BAŞLAYIR
Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyanın Rusiyaya son səfəri və prezident Vladimir Putinlə görüşü işğalçı ölkənin yeni hakimiyyəti üçün növbəti fiasko ilə nəticələndi. Bu, səfərdən qayıdan Paşinyan tərəfindən də İrəvanda etiraf edildi. Ən əsası, Ermənistan üçün həyati əhəmiyyət daşıyan təbii qazın qiyməti məsələsində razılaşmaq mümkün olmadı.
Moskvada iqtisadi zərbə alan Paşinyan yeni saatlarda siyasi zərbə aldı. Paşinyan Moskvada olduğu vaxtda Putin həbsdə olan Ermənistanın keçmiş prezidenti Robert Koçaryana təbrik göndərdi.
Publika.az xəbər verir ki, erməni siyasi şərhçi Naira Ayrumyanın sözlərinə görə, Ermənistan Rusiyanın növbəti hücumun şahidi olacaq və nəticədə qaz qiymətlərinin yüksəldəilməsi istisna edilmir.
“Putin görüşdə hansı şərtlər irəli sürdü və Nikol Paşinyan niyə razılaşmamağa qərar verdi? İtkilərə və hadisələrin ardıcıllığına əsasən, “Qazprom”un başçısı Aleksey Miller 1000 kubmetr qaz üçün indi 150 dollar yerinə 215 dollar “start qiyməti”ni təklif etdi. Rusiyanın şərtlərindən biri, görünür ki, girov qarşılığında Robert Koçaryanın azad olunmasıdır. Demək çətindir, Rusiya Koçaryan üçün nə qədər verməyə hazırdır, amma bu, tək açıq şərt deyil. Daha bir şərti Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov səsləndirdi: Ermənistandakı Amerika hərbçilərinin çıxarılması. Söhbət ABŞ-ın biolaboratoryasının bağlanması, ABŞ-ın Ermənistan vasitəsilə regiona girişinin qarşısının alınmasından gedir. Üçüncü şərt 102-ci Rusiya bazasının hərbi qulluqçuları tərəfindən törədilən qətllərin siyasiləşdirilməməsidir. Başqa sözlə, Ermənistanda bazanın olması şərtlərinə yenidən baxılmasını tələb etməmək”, - Ayrumyan yazıb.
Ekspert qeyd edir ki, Paşinyan Moskvadan İrəvana qayıtdığı gün məhkəmənin girov qarşılığında Koçaryanın azad edilməsi haqqında məsələnin müzakirəsini 9 yanvara qədər təxirə salması Paşinyanın Koçaryan üzrə şərt qəbul etmədiyini göstərir. Amerika hərbçiləri və Rusiya bazasına gəlincə, Onun sözlərinə görə, bu, Paşinyanın əlindəki “kozır”lardır.
Ömər
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur




































.jpg)
.jpg)

