Cənubi Qafqaz
Paşinyan-Koçaryan qarşıdurması AVROPAYA DAŞINIR
Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın vəkilləri onun həbsi ilə bağlı Kassasiya Məhkəməsinin qərarından İnsan Hüquqları üzrə Avropa məhkəməsinə şikayət edəcəklər.
Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda keçmiş prezidentin vəkili Ayk Alumyan jurnalistlərə bildirib.
“Biz məhkəmənin qərarından mütləq şikayət edəcəyik. Daha bir şikayət İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndəriləcək və Kassasiya Məhkəməsinə qarşı iddia irəli sürüləcək”, - Alumyan deyib.
O qeyd edib ki, Apellyasiya Məhkəməsinin qərarını son dərəcə mənfi qiymətləndirir:
“Bu qərarda hüquqi komponent sıfra bərabərdir. Bu siyasi qərardır və Koçaryan növbəti dəfə əmin oldu ki, ona qarşı siyasi təqib həyata keçirilir”, - vəkil söyləyib.
Daha əvvəl sabiq prezidentin daha bir vəkili Ruben Saakyan jurnalistlərə bildirib ki, prezident toxunulmazdır və onun günahını sübuta yetirəcək heç bir əsaslandırılmış fakt yoxdur.
Qeyd edək ki, Xüsusi İstintaq Xidməti 2018-ci il iyulun 26-da 2018-ci il 1 mart etiraz aksiyalarının dağıdılması haqqında cinayət işi çərçivəsində keçmiş prezidenti konstitusiya quruluşunu pozmaqda ittiham edib.
Ömər
-
Region17:06Rusiya-Gürcüstan sərhədində sıxlıq: 20 min nəfər növbə gözləyir
-
Sosial14:40"Telegram" bir gündə 100 mindən çox kanal və qrupu blokladı
-
Region13:17İranla ən çox ticarət edən 20 ölkə: Azərbaycan görün neçəncidir - SİYAHI
-
Rəsmi xronika12:57Prezident balaca Gülərin arzusunu belə reallaşdırdı - VİDEO
-
Region11:17Rusiyadan Türkiyəyə S-400 jesti: Bu ölkəyə satmasına mane olmayacaq
-
ABŞ10:20Tramp İran bataqlığında: ABŞ Yaxın Şərqdə müttəfiqlərinin etimadını itirir
-
Region09:49Ermənistan Aİİ-dən çıxsa, iqtisadiyyatı çökə bilər - Böyük zərbə xəbərdarlığı
-
Enerji09:00"Brent" markalı neft kəskin bahalaşdı













.jpg)
























