Cənubi Qafqaz
Koçaryan ifadə verməkdən imtina etdi
Ermənistanın həbsdə olan sabiq prezidenti Robert Koçaryan ona qarşı irəli sürülmüş ittihamlarla bağlı heç bir ifadə verməyəcək.
Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda keçmiş prezidentin vəkili Ayk Alumyan jurnalistlərə bildirib.
Vəkil deyib ki, Koçaryan ona qarşı irəli sürülən ittihamları saxta hesab edir.
Qeyd edək ki, daha əvvəl Ermənistan Apelyasiya Məhkəməsi sabiq prezidentin həbsdən azad olunması ilə bağlı müraciəti təmin etməyib. Məhkəmə onun daha iki ay həbsdə saxlanması barədə qərarı qüvvədə saxlayıb.
Bundan sonar keçmiş prezidentin vəkili Ayk Alumyan bildirib ki, onun həbsi ilə bağlı Apelyasiya Məhkəməsinin qərarından İnsan Hüquqları üzrə Avropa məhkəməsinə şikayət ediləcək.
“Bu qərarda hüquqi komponent sıfra bərabərdir. Bu siyasi qərardır və Koçaryan növbəti dəfə əmin oldu ki, ona qarşı siyasi təqib həyata keçirilir”, - vəkil söyləyib.
Sabiq prezidentin daha bir vəkili Ruben Saakyan isə jurnalistlərə bildirib ki, prezident toxunulmazdır və onun günahını sübuta yetirəcək heç bir əsaslandırılmış fakt yoxdur.
Xatırladaq ki, Xüsusi İstintaq Xidməti 2018-ci il iyulun 26-da 2018-ci il 1 mart etiraz aksiyalarının dağıdılması haqqında cinayət işi çərçivəsində keçmiş prezidenti konstitusiya quruluşunu pozmaqda ittiham edib.
Ömər Dağlı
-
Qoroskop01:20Günün ulduz falı: romantik anlar yaşanacaq
-
Sosial15 May 23:35Azərbaycanda pensiyalarla bağlı yenilik
-
Sosial15 May 22:04Bu qadağanı pozanları həm inzibati, həm də cinayət məsuliyyəti gözləyir - Xəbərdarlıq
-
Sosial15 May 20:48Bakıda yeni park salınır: 49,5 milyon manata başa gələcək - Bəzi tikililər söküləcək
-
İnanc15 May 20:12Bayram namazının vaxtı açıqlandı
-
Nəqliyyat15 May 18:20Bu yolda çökmə oldu: sürücülərin nəzərinə!
-
Sosial15 May 17:52Yer kürəsində dalğalanma başladı: Təhlükəli saatlarla bağlı xəbərdarlıq edildi
-
Sosial15 May 16:26Əsgəran Silah Muzeyi yaradılır




















.jpg)













.jpg)



