Cənubi Qafqaz
Qarabağda cinayətlər törətmiş erməni generalı komaya düşdü
Ermənistan parlamentinin keçmiş deputatı, Qarabağda cinayətlər törətmiş erməni generallarından biri Manvel Qriqoryan koma vəziyyətindədir.
Publika.az Musavat.com-a istinadən xəbər verir ki, həbsdə olan Qriqoryanın vəziyyəti qəfildən pisləşdiyi üçün mülki tibb mərkəzinə aparılıb. Erməni caninin vəkili Levon Baqdasaryan deyib ki, müdafiə etdiyi şəxs xəstəxanaya huşsuz vəziyyətdə çatdırılıb. O, dövlətin Qriqoryana qarşı qəddar münasibətin olmasından şikayətlənib. Bildirilir ki, M.Qriqoryan iki gün əvvəl öz iradəsinə zidd olaraq xəstəxanadan həbsxanaya qaytarılıbmış.
Xatırladaq ki, “Yerkrapa” könüllülərdən ibarət təşkilatın başçısı olmuş M.Qriqroyan Azərbaycan ərazilərinin işğalında başının dəstəsi ilə iştirak edib, xeyli cinayətlər törədib. Ancaq hakimiyyət onu qanunsuz silah saxlamaqda və külli miqdarda yeyintilərdə ittiham edərək həbsə atıb. Məlum olub ki, Qriqoryan başının dəstəsi ilə hətta aprel döyüşlərindən sonra da üzərində “əsgər üçün” yazılmış məhsulları mənimsəyib.
-
Avropa17:11Fransada yaşayış yeri böhranı: 927 evsiz həyatını itirib
-
Nida Xəbər 16:50XİN: Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq
-
Yaxın Şərq16:05Xamenei: Müharibənin bitməsinin şərtlərini Tehran müəyyən edəcək!
-
Nəqliyyat15:20Moskva-Bakı marşrutu üzrə kruiz gəmisi istifadəyə verilir
-
Yaxın Şərq14:35ABŞ balıqçı gəmilərini vurdu? - 2 nəfər itkin düşüb, 1 yaralı var
-
Səhiyyə14:18Əhliman Əmiraslanov: Növbə gözləyən xəstələrin sayı kifayət qədər çoxdur!
-
Yaxın Şərq13:33Xarici işlər nazirindən İran xəbərdarlığı: İkinci raund daha dağıdıcı olacaq!
-
Ekologiya13:06Noyabrın ilk gününün hava proqnozu açıqlandı





































.jpg)
.jpg)
