Cənubi Qafqaz
Rusiyanın adamının kafedə Paşinyanla gizli görüşü: Qarabağ mesajı - FOTO
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın adamı olan keçmiş baş nazir Karen Karapetyanın qardaşı, biznesmen Samvel Karapetyanla görüşüb.
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, Paşinyanla Karapetyanın görüşü kafedə keçirilib və onlar şəhəri birlikdə gəziblər.
Görüşdə nələrin müzakirə edildiyi məlum deyil, lakin “Forbs” nəşri yazır ki, görüşün sonuna yaxın axşam saatlarında onlara Karen Karapetyan da qoşulub. Ehtimallara görə, əsas müzakirə mövzusu Ermənistan-Rusiya münasibətlərindəki problemlər və investisiyanın yoxluğu olub. Görüşdə siyasi məsələlərdən çox pul məsələləri müzakirə olunub.
“Çünki onlar keçmiş oliqarxlardır və Ermənistandakı bizneslərini Rusiya faktoru olmadan idarə edə bilmirlər”, - deyə nəşr yazıb.
Diqqətçəkən məqam Karapetyanla Paşinyanın görüşünün Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə keçmiş prezident Robert Koçaryanın görüşündən sonra keçirilməsidir.
“İrates” qəzeti yazır ki, Samvel Karapetyan Rusiyadan Paşinyana mesaj gətirmişdi.
“Karapetyan Rusiya elitasının elçisi kimi Ermənistana gəldi. Onun gətirdiyi mesajda həm siyasi, həm də iqtisadi aspektlər var idi. Maraqlıdır ki, o, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda planlaşdırılan görüşü ərəfəsində Paşinyanla görüşdü. Ola bilər ki, Rusiya oliqarxı bu mövzuya dair Moskvanın sözlərini Paşinyana çatdırıb”, - deyə qəzet iddia edir.
Asif
-
Qoroskop01:40Günün ulduz falı: hisslərinizi açıq şəkildə ifadə etməkdən çəkinməyin!
-
ABŞ26 İyun 20:32İran atəşkəsi pozdu - Tramp
-
Magazin226 İyun 19:51Kadir İnanır vəfat etdi
-
Region26 İyun 19:138 il əvvəl faciənin yaşandığı zavodda yenidən partlayış oldu - Ölən və xəsarət alanlar var
-
Hadisə26 İyun 18:48Kanalda batan gəncin meyiti tapıldı - Video/Yeniləndi
-
Dünya26 İyun 18:36İran XİN-dən Körfəz ölkələrinə xəbərdarlıq
-
Nida Xəbər 26 İyun 16:17Yeni generallara rütbələr təqdim olundu - FOTO
-
Nida Təhlil 26 İyun 15:1626 İyun mesajı: Azərbaycan əsgəri yüksək hazırlığa və Vətən sevgisinə sahibdir















.jpg)
.jpg)


.jpg)














.jpg)