Cənubi Qafqaz
Öldürülən gürcü qızın anası "Qarabağ bəyanatı"na görə DİNDİRİLİR
Ötən ay Tetriçğaroda (Ağbulaqda) avtomobildə meyiti tapılan 23 yaşlı proqramçı Tamar Baçaliaşvilinin anası Teona Tamazaşvili vəkili Mixeil Ramişvili ilə birgə Tbilisi Şəhər Məhkəməsinə çağırılıb.
Publika.az xəbər verir ki, qadın bu yaxınlarda Qarabağ müharibəsi üçün silah tədarükü ilə bağlı səsləndirdiyi bəyanatla bağlı dindirilir.
M.Ramişvilinin sözlərinə görə, müdafiə etdiyi şəxs istintaq orqanlarının bütün suallarına cavab verəcək.
T.Tamazaşvili Baş Prokurorluqda deyil, məhkəmədə hakimin iştirakı ilə sorğu-sual olunmaq istəyib.
Qeyd edək ki, Kvemo Poniçala sakini olan T.Baçaliaşvilinin meyiti ona məxsus “Hyundai” markalı avtomobildə iyulun 23-də Tetricğaro meşəsində aşkarlanıb. Qızın ailə üzvlərinin avqustun 30-da Baş Prokurorluğun binası qarşısında keçirdikləri aksiyada “Üç yüksək vəzifəli məmur Qarabağ müharibəsi üçün Azərbaycana qarşı silahla təminat həyata keçirib”, sözlərinin yazıldığı plakat tutublar.
T.Tamazavili mənbəyə istinadla bildirib ki, qızı bir neçə faylı təsadüfən açıb və silahla təminat sxemini deşifrə edib. Ana aksiya zamanı Azərbaycan və Türkiyə hökumətlərini qızının ölüm faktı ilə maraqlanmağa çağırıb.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi

















.jpg)


















.jpg)
.jpg)

