Cənubi Qafqaz
Ermənistan yalanını özü İFŞA ETDİ - ŞOK FAKT
17 və 18 oktyabr tarixlərində Azərbaycan Müdafiə Nazirliyi ölkəmizin hava hücumundan müdafiə bölmələrinin Cəbrayıl istiqamətində Azərbaycan Ordusunun mövqelərinə hava zərbələri endirməyə cəhd göstərən Ermənistan Hərbi Hava Qüvvələrinin Su-25 döyüş təyyarələrini məhv etməsi barədə xəbər yaydı.
Publika.az xəbər verir ki, öz növbəsində, Ermənistan Müdafiə Nazirliyinin sözçüləri - Şuşan Stepanyan və Artsrun Ovannisyan bu faktını inkar etməyə çalışdılar və eyni zamanda, Azərbaycan tərəfini dezinformasiya yaymaqda günahlandırdılar.

Lakin onların yalanları asanlıqla üzə çıxıb. Belə ki, Ermənistan Müdafiə Nazirliyi itkilərinin adlarının yer aldığı siyahı yayımlayıb. Siyahıda 40 ad var. Siyahının ən sonunda isə 1975-ci il təvəllüdlü Vyaçeslav Valeriyeviçin adına rast gəlinir. Göründüyü kimi, ölənlərin siyahısını hazırlayan Ermənistan Müdafiə Nazirliyinin əməkdaşları Voskovskinin soyadını qəsdən gizlədiblər ki, xüsusi diqqət çəkməsin. Lakin bu, nəinki, Azərbaycanın diqqətini çəkmədi. Hətta tez bir zamanda öldürülən polkovnikin Ermənistan Hərbi Hava Qüvvələrinin aviasiya hərbi hissəsinin komandir müavini olduğunu təsbit edildi. Hazırda Ermənistan Hərbi Hava Qüvvələrində polkovnikləri və hava bazası komandirlərini döyüşə göndərirlərsə, onların vəziyyəti haqqında çox danışmağa ehtiyac yoxdur.
Əsas odur ki, Ermənistan Müdafiə Nazirliyinin sözçülərinin yalanı asanlıqla ifşa edildi. Axı Azərbaycanın hava hücumundan müdafiə sistemləri Ermənistanın Su-25-lərini vurmayıbsa, onda Hərbi Hava Qüvvələrinin pilotunun cənazəsi haradan gəlib?
Görünən odur ki, Müdafiə naziri David Tonoyanın Şuşan və Artsrunu əvəzləmək barədə düşünməsinin vaxtı gəlib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi

















.jpg)


















.jpg)
.jpg)

