Cənubi Qafqaz
Ermənistan səfirinin agentləri Məhəmməd peyğəmbəri TƏHQİR ETDİLƏR
Oktyabrın 25-də maskalı naməlum kişi Tallindəki İslam Mərkəzinə, həmçinin Azərbaycanın və Türkiyənin Estoniyadakı səfirliklərinin binalarına donuz başları atıb.
Publika.az xəbər verir ki, hər üç halla bağlı polis məlumatlandırılıb.
Kimliyi hələlik bəlli olmayan həmin şəxs İslam Mərkəzinin Müşahidə kameralarına düşüb. Şahidlərin sözlərinə görə, kişi rus dilində deyib:
"Bu, sizin peyğəmbəriniz Məhəmmədə hədiyyədir".
Mərkəzin əməkdaşları hüquq-mühafizə orqanlarına şikayət edərək, İslam ibadətgahını təhqir edən şəxsin etnik eston olduğunu güman ediblər.
Azərbaycan tərəfi təxribatın təşkilində Tiqran Mkrtçyanı şübhəli bilir.
Bütün müsəlmanlar üçün təhqiramiz olan bu əməlin baş verdiyi vaxtı nəzərə alsaq, bunun yalnız tək bir dini radikalın xuliqan hoqqası deyil, dinlərarası və etnik nifrəti qızışdırmağa yönəlmiş yaxşı bir təxribat olduğu qənaətinə gəlmək olar. Qeyri-rəsmi məlumatlara görə, bu vandalizm hərəkəti "müsəlmanların xristianlara qarşı pis münasibətinə" və "Azərbaycanın Ermənistana qarşı Dağlıq Qarabağdakı hərəkətlərinə" cavab olaraq, dini radikalizmi ilə seçilən bir eston tərəfindən törədilib.
Ölkəmizin Baltikyanı respublikalarla mehriban münasibətlərinə xələl gətirməyə çalışan Ermənistanın Azərbaycana qarşı açıq-aşkar təxribatı göz qabağındadır. Azərbaycan tərəfinin Ermənistanın Litva, Latviya və Estoniyadakı səfiri Tiqran Mkrtçyanın bu təxribatçı hücumda əli olduğuna dair əsaslı şübhələri var. Aksiyada Ermənistan xüsusi xidmət orqanlarının dəst-xətti də görünür. Estoniyanın hüquq-mühafizə orqanları sivilizasiyalararası və dinlərarası qarşıdurma yaratmaq cəhdlərinin aktual olduğu bir dövrdə bu dəhşətli cinayəti hərtərəfli araşdırmalıdırlar (virtualaz.org).
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO











.jpg)






.jpg)
















.jpg)


