Cənubi Qafqaz
Ermənistan prezidenti: Təslim olduğumuzu KİV-dən öyrəndim
Ermənistan prezidenti Armen Sarkisyan Qarabağla bağlı heç bir müzakirə, məsləhətləşmə və danışıqda iştirak etməyib. Hər şey onun üçün sürpriz olub.
Publika.az xəbər verir ki, o, Qarabağla bağlı razılaşma barədə mətbuatdan öyrəndiyini açıqlayıb.
A.Sarkisyan dərhal siyasi məsləhətləşmələrə başladığını bildirib: "Müharibəyə son qoymağın şərtlərini də mətbuatdan öyrəndim. Bu sənədlə əlaqədar olaraq, respublikanın prezidenti kimi, təəssüf ki, mənimlə heç bir görüş və müzakirə olmadı, heç bir danışıqda iştirak etmədim".
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya və Azərbaycan prezidentləri ilə saat 01:00-da Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması barədə bəyanat imzaladığını açıqlamışdı: "Özüm və hamımız üçün çətin, son dərəcə çətin bir qərar verdim. Saat 01:00-da Rusiya və Azərbaycan prezidentləri ilə Qarabağ müharibəsinə son qoymaq üçün bir bəyanat imzaladım. Artıq yayımlanan bəyanatın mətni şəxsən mənim üçün və xalqımız üçün sözlə görünməz dərəcədə ağrılıdır".
Zümrüd
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
