Cənubi Qafqaz
Azərbaycanlıları qul kimi işlədən, əsirləri heyvanlara yedirən erməni generalın ÜRƏYİ PARTLADI - ŞOK FOTO/VİDEO
Video əlavə olunub.
xxx
Dağlıq Qarabağdakı qondarma rejimin “qəhrəmanı”, general-leytenant, Ermənistan Respublika Partiyasından keçmiş millət vəkili, Xocalı soyqırımı həmmüəlliflərindən biri olan Manvel Qriqoryanın ürəyi partlayaraq ölüb.
Publika.az xəbər verir ki, bu barədə partiyanın üzvü Karen Avaqyan bildirib.
Qeyd edək ki, Manvel Qriqoryan iyunun 16-da Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən silahlı qüvvələr və hərbçilərin qida və silahlarını gizlətməkdə ittiham olunaraq saxlanılmışdı.
17 iyun tarixində MTX Qriqoryanın evində lentə alınan şok video yayımlamışdı. Videoda cəbhədəki əsgərlər üçün nəzərdə tutulmuş yeməklər və uşaqların məktubları da daxil olmaqla, bütün "tapıntılar" ətraflı şəkildə göstərilmişdi. Əlavə olaraq, çox sayda silah-sursat, nəqliyyat vasitələri, o cümlədən retro avtomobillər, qar motosikletləri, yolsuzluq avtomobilləri və s. tapılmışdı.
Manvel Qriqoryan Azərbaycan torpaqlarının qanlı işğalının fəal iştirakçılarındandır. O, Qarabağ müharibəsində əsir götürdükləri yüzlərlə azərbaycanlıdan birini dörd il evində qul kimi saxladığını etiraf edib. Onun dəstəsi Dağlıq Qarabağda azərbaycanlı mülki şəxslərə qarşı xüsusi qəddarlığı ilə seçilib.
Belə ki, Qriqoryan evində saxladığı heyvanları girov götürdüyü insanlarla bəsləyirmiş. Bu fakt onun həbs olunmasından sonra müxtəlif illərdə törətdiyi cinayətlərlə birgə üzə çıxıb.

Manvel Qriqoryan bütün rəqiblərinə və xoşuna gəlməyən insanlara vəhşicəsinə davranıb. Onlara işgəncə verib, zəncirlərə bağlayıb və ac saxlayıb. Ermənistanda sadist generalın öz heyvanat parkını açdığı və tez-tez işgəncə görən insanları orada saxlanılan vəhşi heyvanlara yedizdirdiyi söylənilir.
Bloger Mikael Manukyan feysbuk səhifəsində dəhşətli arxiv fotolarını paylaşıb. Fotoşəkildə işgəncə verilən Yervelapah Könüllülər Birliyinin keçmiş üzvlərindən biri əks olunub. O, Manvel Qriqoryana böyük məbləğdə pul atmağa cəsarət edən biri kimi göstərilir. Könüllü uzun müddət döyülüb, sonra zirzəmidə zəncirlənərək acından ölüb. Şəkillər Ermənistan ictimaiyyətini dəhşətə gətirib.
Manvel Qriqoryan erməni əsgərlərinin kabusu kimi tanınıb.
Zümrüd
-
Avropa17:11Fransada yaşayış yeri böhranı: 927 evsiz həyatını itirib
-
Nida Xəbər 16:50XİN: Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq
-
Yaxın Şərq16:05Xamenei: Müharibənin bitməsinin şərtlərini Tehran müəyyən edəcək!
-
Nəqliyyat15:20Moskva-Bakı marşrutu üzrə kruiz gəmisi istifadəyə verilir
-
Yaxın Şərq14:35ABŞ balıqçı gəmilərini vurdu? - 2 nəfər itkin düşüb, 1 yaralı var
-
Səhiyyə14:18Əhliman Əmiraslanov: Növbə gözləyən xəstələrin sayı kifayət qədər çoxdur!
-
Yaxın Şərq13:33Xarici işlər nazirindən İran xəbərdarlığı: İkinci raund daha dağıdıcı olacaq!
-
Ekologiya13:06Noyabrın ilk gününün hava proqnozu açıqlandı





































.jpg)
.jpg)
