Cənubi Qafqaz
Gürcüstan koronavirusla mübarizə üçün “Remdesivir” preparatı aldı
Gürcüstan koronavirus xəstələrinin müalicəsi üçün lazım olan “Remdesivir” preparatını alıb.
Publika.az xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə naziri Yekaterina Tikaradze məlumat verib.
Onun sözlərinə görə, preparatın ilk partiyası artıq ölkəyə gətirilib. Bu dərmanla ilk növbədə ağır xəstələrin müalicəsinə başlanılacaq.
Nazir həmçinin bildirib ki, Gürcüstanda koronavirusa qarşı peyvəndləmə prosesinin davamlılığını təmin etmək üçün xüsusi işçi qrupu yaradılıb.
Qrupun əsas vəzifəsi peyvəndin vaxtında əldə olunması, ölkə miqyasında həm infrastruktur, həm də logistik baxımından bütün hazırlıq işlərinin həyata keçirilməsini təmin etmək olacaq.
Y.Tikaradze deyib ki, COVID-19-a qarşı peyvəndin 2021-ci ilin mart-aprel aylarında əlçatan olacağı gözlənilir. Hökumətin əldə edəcəyi vaksin Gürcüstan əhalisi üçün ödənişsiz olacaq. Hökumət artıq peyvəndin alınması üçün 18 milyard lari vəsait ayırıb.
-
İdman21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin220:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin219:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya17:13Bu ərazilərə qar yağır - Faktiki hava
-
İdman16:21“Fənərbağça”nın baş məşqçisi: "Qarabağ” komandasını izləyirəm
-
Hadisə16:12DİN əməliyyatlar keçirdi, saxlanılanlar arasında İran vətəndaşı da var
-
Avropa15:35Fransada dəhşət: Yeniyetmələr məktəbi yandırdılar




































.jpg)