Cənubi Qafqaz
Gürcüstanda komendant saatı bir günlük LƏĞV EDİLDİ
"Yeni il gününə məhdudiyyət qoyulmasa da hamımız bizə zərər verə biləcək və infeksiya riskini artıra biləcək çox böyük, aktiv qeyd etmələrdən uzaq durmalıyıq"
Publika.az xəbər verir ki, bunu Regional inkişaf və infrastruktur naziri Maia Çkitişvili söyləyib.
Nazir 31 dekabr saat 21:00-dən, 1 yanvar 05: 00-a qədər hərəkət məhdudiyyətinin qaldırıldığını elan edib.
M.Çkitişvili məhdudiyyətin müvəqqəti qaldırılmasına paralel olaraq, tövsiyələrə riayət edilməsinin vacibliyindən söz açıb:
"Bildiyiniz kimi, Yeni il qabağı hazırlıqlar və Yeni il ilə bağlı olaraq, saat 21:00-dan 05:00-a qədər müəyyənləşdirdiyimiz hərəkət məhdudiyyəti bir günlüyünə qaldırılacaq və Gürcüstan vətəndaşları Yeni ili məhdudiyyət olmadan qeyd edə biləcəklər. Bununla birlikdə, əlbəttə ki, vətəndaşlarımızı ilk növbədə özlərinin və ailələrinin sağlamlığını qorumaq üçün mövcud olan bütün qayda və tövsiyələrə riayət etməyə çağırırıq. Yeni il ərəfəsində hərəkət etməyimiz məhdudlaşdırılmasa da, hamımız bizə zərər verə biləcək və infeksiya riskini artıra biləcək çox geniş, aktiv qeyd etmələrdən çəkinməliyik.
Həmçinin Milad gecəsində hərəkət məhdudiyyəti götürüləcək. Buna görə ümid edirik ki, Milad gecəsini də qaydalara mümkün qədər riayət edərək qədər qeyd edə biləcəyik”.
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO











.jpg)






.jpg)
















.jpg)


