Cənubi Qafqaz
Gizli zəngin detalları üzə çıxdı: Paşinyan Sünikə gedəndə Qasparyan...
Dünən Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan bir neçə ay əvvəl silahlı qüvvələrin baş qərargah rəisi Onik Qasparyanla sabiq prezident Serj Sarkisyan arasında baş tutan telefon danışığını açıqlamışdı.
Publika.az xəbər verir ki, “Qraparak” erməni qəzeti məsələnin təfərrüatlarını dərc edib.
Bildirilib ki, Milli Təhlükəsizlik Xidməti tərəfindən dinlənilən telefon danışığı dekabr ayında baş tutub: “Onik Qasparyan 2020-ci ilin dekabrında Serj Sarkisyanla söhbət zamanı baş nazir Nikol Paşinyanı tənqid edib və onun tərəfdarı olmadığını bildirib. Bu söhbət Ermənistanın baş naziri Nikol Paşinyanın Sünik bölgəsinə gedişi zamanı qeydə alınıb.
Qasparyan Sarkisyana 19 dekabrda - Paşinyan bölgəyə getməzdən əvvəl Sünikdə olduğunu bildirib. 20 dekabrda bölgə sakinlərinin Paşinyanı Sünikə buraxmayacağı niyyəti artıq məlum olub. Lakin Paşinyan deyib ki, 21 dekabrdakı səfərinə heç bir şey mane ola bilməz. Bu səbəbdən məsələni yalnız təhlükəsizlik qüvvələri həll edə bilər. Baş nazirin bölgə səfərinin şəxsən Qasparyana tapşırılması da onu hiddətləndirib. Qasparyan o qədər əsəbiləşib ki, Sarkisyanla söhbət etmək üçün birbaşa əlaqə vasitəsindən istifadə edib və hirslə deyib: “Səfərlə əlaqəm yoxdur, bunu necə edim?” Daha sonra Paşinyanın qulluqçusu olmadığını deyib. Bu söhbət də Milli Təhlükəsizlik Xidməti tərəfindən qeydə alınıb".
Baş Qərargah rəhbərinin bu qədər zəif bir vəzifəni öz üzərinə götürməsi Serj Sarkisyanı da təəccübləndirib.
Xatırladaq ki, N.Paşinyan O.Qasparyanı istefaya göndərib. Amma prezident Armen Sarkisyan fərmanı hələ imzalamayıb.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Zümrüd
-
Səhiyyə21:26Daha bir nəfər rəqs edən həkimin qurbanı oldu - Video
-
Avropa21:00Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
-
Hadisə19:40Azərbaycan-Ermənistan sərhədində zəlzələ
-
Elm və təhsil18:50Qəbul imtahanlarında ən yüksək nəticə göstərən rayonlar
-
Sosial17:45Əli Əsədov daha bir qərar imzaladı
-
Sosial16:23Azərbaycan vətəndaşları 22 ölkəyə vizasız gedib-gələ bilər
-
Sosial15:55Pensiya alanların nəzərinə
-
Rəsmi xronika14:52İlham Əliyev məktəbəqədər təhsillə bağlı fərman imzaldı



































