Cənubi Qafqaz
Gürcüstanda qalmaqallı səs yazısı: Baş nazirin istefası...
Gürcüstanın “Pirveli” televiziya kanalı ötən gün hakim Gürcü Arzusu Partiyasının keçmiş sədri Bidzina İvanişvilinin oğlu Bera İvanişvili və baş nazir İrakli Qaribaşvilinin təxmin edilən telefon danışığının səs yazısını yayıb.
Publika.az report-a istinadla xəbər verir ki, yazıda B.İvanişvili İ.Qaribaşvilidən Feysbuk sosial şəbəkəsində mənfi şərhlər yazan məktəblinin cəzalandırılmasını tələb edir.
Süjetdə iddia olunub ki, yazıda Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Anzor Çubinidze də yer alıb.
Gürcüstanın müxalifət partiyaları audioyazının təqdim olunmasından sonra baş nazirin istefasını tələb ediblər. Avropalı Gürcüstan Partiyasının lideri Gigi Uqulava bildirib ki, növbədənkənar seçkilərə qədər İ.Qaribaşvili istefa verməlidir. Lelo Partiyası bəyanat yayaraq audioyazı ilə bağlı araşdırmanın aparılması və hökumət başçısının istefasını tələb edib.
Hakim partiyanın parlamentdəki fraksiyasının sədri Mamuka Mdinaradze səs yazısını saxta adlandıraraq bildirib ki, yazı “KQBsayağı” montaj olunub.
Gürcüstan ombudsmanı Nino Lomcariya audioyazı ilə bağlı təhqiqat aparmağa çağırıb.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi














.jpg)




















.jpg)

.jpg)
