Cənubi Qafqaz
Gürcüstanın dövlət naziri Novruz şənliyində - FOTO
Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Naziri Tea Axvlediani martın 20-də Marneulidə 2 Nömrəli məktəbində təşkil olunan Novruz şənliyində iştirak edib.
Nazir məktəbin kollektivinə hədiyyələr təqdim edib, Novruz bayramına həsr olunan sənət əsərlərindən ibarət sərgiyə baxıb.
Dövlət naziri Tea Axvlediani çıxış edərək şagirdləri, müəllimləri və valideynləri Novruz bayramı münasibətilə təbrik edib, onlara həyatda və təhsildə uğurlar arzulayıb.
Dövlət naziri ölkədəki mədəni müxtəlifliyin qorunub saxlanılmasında, mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsində gənclərin rolundan danışıb, vətəndaş bərabərliyi və inteqrasiya prosesində onların fəal iştirakının vacibliyini vurğulayıb.
O deyib: “Mən dövlət naziri olaraq etnik azərbaycanlıların belə bayram şənliyində ilk dəfə iştirak edirəm. Bizə əziz və doğma olan Azərbaycanlı vətəndaşlarımızı həyatın yenilənməsinin, baharın gəlişinin, təbiətin oyanmasının təntənəsi olan Novruz münasibətilə təbrik etmək mənim üçün böyük şərəfdir”.
Tea Axvlediani bildirib ki, Gürcüstanın etnik və mədəni müxtəlifliyi ölkənin milli sərvəti və güc mənbəyidir. Ölkəmizdə yaşayan etnosun mədəniyyəti və ənənələri Gürcüstanın ümumi mədəniyyətinin vacib bir hissəsidir. Etnik azlıqların mədəni şəxsiyyətinin qorunması, təqdimatı və dəstəklənməsi, həqiqətən dövlət baxışının və siyasətinin vətəndaş inteqrasiyasına doğru əsas təməl daşlarından biridir”.
Sonra şagirdlərin ifasında Azərbaycanın və Gürcüstanın xalq mahnı və rəqsləri səsləndirilib.
Dövlət naziri Novruz bayramı münasibətilə hazırlanmış şirniyyatların dadına baxıb.(AzərtAc)
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
