Cənubi Qafqaz
Nizami Gəncəvinin əsərləri gürcü dilinə tərcümə edildi - FOTO
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərləri gürcü dilinə tərcümə edilib.
Publika.az xəbər verir ki, mayın 18-də Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzində kitabların təqdimatı olub.
Nəfis tərtibatda nəşr edilən kitablarda “Xəmsə”yə daxil olan “Leyli və Məcnun”, “Xosrov və Şirin” və “Yeddi gözəl” əsərləri yer alıb.
Tədbir Azərbaycanın Gürcüstandakı səfirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) birgə təşkilatçılığı ilə keçirilib.
Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov tədbirdə çıxış edərək bildirib ki, 2021-ci il Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Nizami Gəncəvi İli” elan olunub. Bu il çərçivəsində DİDK müxtəlif ölkələrdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsinin həyat və yaradıcılığına həsr olunan tədbirlər keçirir.
Bildirilib ki, dost və qonşu Gürcüstanda da bu cür tədbirin təşkili xüsusi önəm daşıyır. Nizami Gəncəvinin əsərlərinin gürcü dilində nəşri Azərbaycanın Gürcüstanla mədəni və ədəbi əlaqələrinin inkişafına öz töhfəsini verəcək.
Kitabların işıq üzü görməsini yüksək qiymətləndirən gürcü və azərbaycanlı ziyalılar, Nizami Gəncəvi yaradıcılığının gürcü ədəbiyyatına təsirindən danışıb, Azərbaycan və Gürcüstan arasındakı dostluq və mədəni əlaqələrdən söz açıblar.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
