Cənubi Qafqaz
Hiyləgər Nikol yeganə ermənidir ki... - Moskvadan baxış
Ermənistanın bütün məsələlərdə daim dəyişən mövqeyi erməni cəmiyyətinin böyük əksəriyyətinin sovet və postsovet illərində zehniyyətində formalaşmış illüziyaların əsirində qalmağa davam etdiyini göstərir.
Publika.az xəbər verir ki, bunu rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov Axar.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, ermənilərin əksəriyyəti hələ özlərinin uydurduqları nağıllara, öz müstəsna xüsusiyyətlərinə inanırlar, amma müasir reallıq fonunda nə qədər qüsurlu olduqlarını anlamırlar:
"Ötən payızda Ermənistan ordusunu məğlub edən Azərbaycan rəsmi İrəvana dövlətlərarası münasibətlər sistemində yalanlara, qəddarlıqlara və prinsipiallığa yer olmadığını və ola bilməyəcəyini göstərdi. İndi Kreml açıq şəkildə bildirir ki, diplomatik arenada Ermənistanın bu cür təzahürlərinə dözməyəcək. Əslində, erməni siyasətçilərdən erməni olmağa son qoymaları və normal insanlar olmağa başlamaları istənildi. Zəngəzur dəhlizi mövzusu müasir İrəvan siyasətinin uyğunluq dərəcəsini təyin edən lakmus testidir. Paşinyan bu gün öz patoloji hiyləgərliyini və qorxaqlıq keyfiyyətini dəf edərək, 10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişin tərəfləri ilə tamhüquqlu siyasi dialoq aparmağa çalışan yeganə erməni siyasətçisidir".
O.Kuznetsov bildirib ki, heç vaxt Nikol haqqında illüziyaya düşməyib, hakimiyyətinin ilk günündən Paşinyanı populist adlandırıb və Ermənistan baş nazirinin şəxsiyyəti ilə bağlı fikirləri son üç ildə dəyişməyib:
"Ancaq Paşinyan öz etnik davranış stereotiplərini qıraraq Azərbaycan və Rusiya ilə yeni müqavilə imzalamağa gedən bir insandır. Bəli, Moskva seçim qoymamaqla onun qollarını bağlayır, Bakının güc tətbiqinə cavab verilməməsi ilə hədələyir. Paşinyanın başqa yolu yoxdur, rəqibləri də vəziyyətə heç bir şəkildə reaksiya vermirlər, çünki danışıqlar masasına oturdulacaqlarını və Zəngəzurla bağlı yeni müqavilə imzalamağa məcbur ediləcəklərini dəqiq bilirlər. Azərbaycan istəsəydi, Ermənistan dövlətçiliyini toza çevirərdi, çünki Ermənistan onun iradəsinə qarşı hərbi müqavimət göstərmək gücündə deyil. Amma Azərbaycan sülh və əməkdaşlıq təklif edir".
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı