Cənubi Qafqaz
İrəvanda sülh müqaviləsi üçün HAZIRLIQ BAŞLADI: Rusiyanın iştirakı ilə...
“Bu günlərdə Ermənistanın hökumət aparatında və xüsusən Xarici İşlər Nazirliyində sülh müqaviləsinin hazırlanması üzərində fəal iş aparılır”.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə İrəvanda nəşr edilən “Past” qəzetinin Xarici İşlər Nazirliyindəki mənbələrinə əsaslanaraq hazırladığı məqalədə bildirilib.
Məqalədə qeyd edilir ki, erməni diplomatik çevrələrindən əldə etdikləri məlumata görə, Baş nazir Nikol Paşinyanın tapşırığı ilə nazirliyin mütəxəssisləri və bir qrup beynəlxalq hüquq mütəxəssisi hökumət aparatı ilə birlikdə son iş aparır. Bu iş əsasən sülh müqaviləsi sənədilə bağlı presedentlər, həmçinin imzalanmadan əvvəl mümkün danışıqlar prosesinə hazırlaşmaqla əlaqəlidir.
Məlumata görə, bu qrupa danışıqlar zamanı Ermənistan tərəfindən konkret hansı təklif və tələblərin irəli sürüləcəyi, tərəflər arasında hansı kompromislərin və güzəştlərin həyata keçiriləcəyi ilə bağlı inteqral paketin hazırlanması tapşırılıb.
Diplomatik mənbə erməni mediasına deyib ki, bu proses Kremlin iştirakı ilə həyata keçirilir və sənədlə bağlı əvvəlcədən razılaşdırılaraq ilk müzakirələr oktyabr ayında başlaya bilər.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
















.jpg)




















.jpg)

.jpg)