Cənubi Qafqaz
Saakaşvili xəstəxanaya yerləşdirilməsini istəyir
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili xəstəxanaya yerləşdirilməyə razıdır.
Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə onun şəxsi həkimi Nikoloz Kipşidze jurnalistlərə bildirib.
"Mixeil Saakaşvili xəstəxanaya getməyə hazırdır. Bu gün və ya sabah, bəlkə də şənbə və ya bazar günü, ancaq dəqiq bilmirəm. Səhiyyə və ədliyyə nazirlikləri ilə kiçik problemləri həll etməliyik. Sabah bu barədə yeni məlumat verəcəyik", - Kipşidze deyib.
Həbsxanada ölkənin keçmiş liderini ziyarət edən həkim qeyd edib ki, xəstəxanaya yerləşdirmə Saakaşvilinin aclığa son qoyacağı anlamına gəlmir.
Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. Hazırda Rustavidəki 12 saylı həbsxanada olan siyasətçi artıq 20-ci gündür aclıq aksiyası keçirir. Ötən gün sabiq dövlət başçısına baş çəkən həkimlər onu xəstəxanaya yerləşdirməyi tövsiyə ediblər.
-
Sosial08:45Sökülən binaların sakinlərinə şad xəbər: əlavə 20 faiz… - Vacib detal
-
Dünya07:55Bank böhranı ölkəni silkələdi: Prezident vəzifəsindən uzaqlaşdırıldı, ev dustaqlığına göndərildi
-
İdman07:15Keynin “Bayern”dəki fantastik maaşı
-
Region02:43Tehran Vaşinqtondan gələcək zərbəni gözləyir - Hazırlıqlar başladı
-
Qoroskop01:20Günün ulduz falı: daxili səsiniz sizə ən doğru yolu göstərəcək
-
ABŞ6 Noyabr 23:05Heç kim bunu demək istəmir, amma... - Tramp İranın nüvə planından danışdı
-
Dünya6 Noyabr 22:46İki sərnişin təyyarəsində bomba şübhəsi - Qırıcılar havaya qaldırıldı
-
Kriminal6 Noyabr 21:13“Omid” əməkdaşının döyülmə anı - Video




































.jpg)
