Cənubi Qafqaz
Qorxduğumuz başımıza gəldi - Parsyan
"Təəssüf ki, qorxduğumuz başımıza gəldi və həmin şey gerçəkləşdi".
Publika.az erməni mediasına istinadla xəbər verir ki, bunu Qafan şəhərinin meri Gevorq Parsyan bu gecə Çakaten kəndində Azərbaycan nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə bağlı danışarkən deyib. O bildirib ki, hazırda Qafan meriyası ciddi problemlə üz-üzədir:

"Bu, bizim üçün çox ciddi problemdir, çünki həmin istiqamətdəki yaşayış məntəqələrinin durumu postların qurulmasından sonra çox ağırlaşıb. Ümumiyyətlə, indi həmin yol bağlanıb. Yeganə alternativ yol Mehri şəhərindən keçir. 90-cı illərdə tikilmiş yeganə qısa alternativ yol meşədən keçir və çox çətin keçilən yoldur ki, orada da çox iş görülməlidir. Sabahdan artıq biz o 6 kəndin sakinlərini düşünməliyik”.
Parsyanın sözlərinə görə, həmin 6 kənddə 600-700 nəfərə yaxın insan yaşayır:
"Bu məsələnin həll olunacağına əminəm. Vorotan istiqamətində Azərbaycanın gömrük məntəqəsinin yaradılmasından artıq 2 gün keçir. İndi orada digər işlər aparılır. Biz Paşinyan hökuməti ilə indiki məqamda əməkdaşlıq etməyə məcburuq. Birgə fəaliyyət göstərib məsələni həll etməyə çalışacağıq".
Tural Turan
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO


































.jpg)


