Cənubi Qafqaz
Pul tökdük, Brüssel görüşü hazırladıq, Putin məhv etdi... - VİDEO
Video əlavə olunub.
xxx
Ermənistanın tarixi şansı var idi. Böyük işlər görülmüşdü, pullar tökülmüşdü, diasporumuzun əsas işi bundan ibarət idi – 15 dekabr Brüsseldə baş tutacaq sammitdə İlham Əliyev ilə Nikol Paşinyanın görüşü və bu zaman bəzi Qərb ölkələrinin İrəvanın maraqlarını qoruması. Amma Vladimir Putin bütün planlarımızı alt-üst etdi.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri erməni siyasi şərhçi Ambarsum Kabanyan deyib.
Onun sözlərinə əsasən, bu plandan heç kəsin xəbəri yox idi – məxfiçilik qoruna bilmədi.
“Kreml hər şeyi anladı və Soçi üçtərəfli görüşünü təşkil etdi. Soçidə isə Əliyev yenidən siyasi qələbə əldə etdi. Putin elə etdi ki, Brüssel görüşü formal xarakter daşıyacaq bir protokol görüşünə çevrildi. İrəvan bundan güclü zərbə ala bilməzdi. Maraqlısı da odur ki, Soçi görüşündə ictimayətləşdirilməyən bir neçə məqam da öz həllini tapıb. Sözsüz ki, Bakı lehinə.
İndi dediklərim Ermənistan ictimayəti tərəfindən birmənalı qarşılanmasa da, deyəcəm: Günah Paşinyanda deyil. Onun yerində kim olsaydı, eynilə hərəkət edərdi. İnanın ki, bu həqiqətdir”, - deyə erməni ekspert qeyd edib.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





