Cənubi Qafqaz
Ter-Petrosyandan Qarabağla bağlı SENSASİYA: Bunu etməsək... - VİDEO
Video əlavə olundu.
xxx
Tik Tok sosial şəbəkəsində Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın tele-müsahibəsi təkrar gündəmə gəlib.
Publika.az Musavat.com-a istinadən xəbər verir ki, uzun zamandan bəri öz praqmatik çıxışları ilə digər populist erməni siyasətçilərdən fərqlənən təcrübəli dövlət adamı müsahibəsində deyir ki, bütün dünya Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır və bu, o deməkdir ki, məsələ bitib.
Ter-Petrosyan Azərbaycanın Qarabağ münaqişəsində səbirli davrandığını, həlledici müharibəyə uzun zaman hazırlaşdığını və qüvvələr nisbətini dəyişdiyini qeyd edərək ermənilərin bu reallığı hələ də dərk etmədiklərini bildirir. O, Köçəryanın Şuşanı və Hadrutu geri almaq barədə bəyanatını təhlükəli saydığını qeyd edərək deyir:
"Başa düşmək lazımdır ki, bu, hansı problemlərə gətirib çıxara bilər. Köçəryan doğrudanmı düşünür ki, Azərbaycan oradan çıxacaq? Köçəryan yeni müharibə başlada bilər və bu erməni xalqı üçün yeni itkilərə səbəb olar. Heç bir qüvvə Azərbaycanı oradan çıxmağa vadar edə bilməz. Sizcə, bunu Rusiya edəcək? Heç vaxt. Bütün dünya bizə deyir ki, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasıyla razılaşmaq lazımdır. Bizdən artıq heç nə asılı deyil. Hər şey qurtarıb. Əgər razılaşmasaq, bizi qorxunc problemlər gözləyir".
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi

















.jpg)


















.jpg)
.jpg)

