Cənubi Qafqaz
ABŞ-dan Gürcüstana tənqid: Narahatlıq doğurur...
"Məhkəmə sistemi və ya müstəqil nəzarət orqanları kimi demokratik təsisatları zəiflədən addımlar Gürcüstanın NATO və Avropa İttifaqına daxil olmaq istəklərini sarsıdır".
Publika.az bu barədə ABŞ-ın Gürcüstandakı Səfirliyinin, Dövlət Müfəttişliyi İdarəsinin ləğv olunması və ümumi məhkəmələr haqqında qanuna dəyişiklik edilməsi barəsində bəyanatında qeyd olunub.
Bəyanatda, hakim partiyanın Dövlət Müfəttişliyi İdarəsini ləğv etməklə hökumətin hesabatlılığını sarsıtdığı qeyd olunub:
“Keçən həftə hakim partiya polis zorakılığını araşdırmaq və məlumatların məxfiliyini qorumaq vəzifəsi daşıyan Dövlət Müfəttişliyi İdarəsini ləğv etməklə hökumətin hesabatlılığını sarsıtdı. Həmçinin ümumi məhkəmələr haqqında qanuna dəyişiklik etməklə ayrı-ayrı hakimlərin müstəqilliyinə xələl gətirdi və nöqsanlı seçim prosesi ilə həyata keçirilən başqa bir Ali Məhkəmə hakiminin təyin edilməsi ilə məhkəməyə etimadı zəiflətdi. Bu dəyişikliklərin nə üçün lazımi məsləhətləşmədən, tələsik qəbul edilməsi zərurəti yarandığına dair ictimaiyyətə yetərli arqumentlər təqdim edilmədi".
Vurğulanır ki, bu qanunvericilik dəyişikliklərinin şəffaf təhlilinin və analizlərin olmaması xüsusi narahatlıq doğurur:
"Qəsdən və ya bilməyərəkdən hakim partiyanın mesajı ondan ibarət oldu ki, hökumətə müstəqil nəzarət etmək və ya fərqli fikir bildirmək, hətta bu qanunla nəzərdə tutulsa belə, bu zaman hökumət tərəfindən onlara cavab qisas almaqla, cəza və işdən çıxarılma ilə veriləcək. Birləşmiş Ştatlar təhlükəsizlik sahəsində uzunmüddətli əməkdaşlıq və iqtisadi inkişaf proqramları vasitəsilə hər gün Gürcüstanın suverenliyini və sabitliyini dəstəkləyir. Güclü demokratik institutlar və qanunun aliliyinə sadiqlik Gürcüstanın Rusiyanın təcavüzünə qarşı ən yaxşı müdafiəsidir. Məhkəmə sistemi və ya müstəqil nəzarət orqanları kimi demokratik təsisatları zəiflədən addımlar Gürcüstanın NATO və Avropa İttifaqına daxil olmaq istəklərini sarsıdır və gürcü mədəniyyəti və cəmiyyətinin əsasını təşkil edən fundamental azadlıqlara zərbə vurur”.
Tural Turan
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO




































