Cənubi Qafqaz
Gürcüstan Pezidenti müxalifətin müraciətini təmin etdi
Gürcüstan Prezidenti Salome Zurabişvili parlament müxalifətinin bir qisminin qanunverici orqanın növbədənkənar sessiyasının çağrılması ilə bağlı müraciətini keçirdiyi brifinqdə təmin etdiyini açıqlayıb.
Publika.az xəbər verir ki, dövlət başçısı sessiyanın iyulun 18-də çağırılması haqqında fərman imzalayıb.
S.Zurabişvili bildirib ki, qərarı hər hansı bir təzyiq altında qəbul etməyib və növbədənkənar sessiya ilə bağlı çağırış tam əsaslıdır: “Hesab edirəm ki, Avropa Komissiyasından aldığımız 12 tövsiyənin yerinə yetirilməsi bu gün ölkəmiz qarşısında duran ən böyük çağırışdır. Biz qanunları vaxtında qəbul etmək üçün səylərimizi birləşdirməli və ilk növbədə qütbləşmə məsələsini birgə və dialoq yolu ilə həll etməliyik”.
Qeyd edək ki, parlamentdə təmsil olunan müxalif deputatların bir qismi növbədənkar sessiyanın çağrılmasını Gürcüstanın Avropa İttifaqına üzvlüyə namizədlik statusu alması üçün şərtlərin mümkün qədər tez yerinə yetirilməsinə başlamaq üçün tələb edib. Spiker Şalva Papuaşvili müxalifətin çağırışını radikalizasiyaya cəhd kimi qiymətləndirib. O qeyd edib ki, çoxluğun dəstəyi olmadan müxalifət heç bir qanun qəbul edə bilməz.
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO














.jpg)





















.jpg)


