Cənubi Qafqaz
"Ərdoğandan xahiş etdim, dərhal təyyarələri havaya qaldırdı"
"Fürsətdən istifadə edərək, ölkəmizə dost dövlət olan Türkiyə Respublikasına və şəxsən Prezident Ərdoğana təşəkkürümü bildirmək istəyirəm".
Publika.az xəbər verir ki, bu barədə baş nazir İrakli Qaribaşvili, hökumətin bu günkü iclasında qeyd edib.
Baş nazirin sözlərinə görə, prezident Ərdoğanın göstərişi ilə Türkiyə təyyarələri qısa zamanda ölkəmizdə baş verən yanğınların söndürülməsinə cəlb edilib:
"Sizə demək istəyirəm ki, Xarici İşlər Naziri Türkiyəli həmkarı ilə danışıb. Mənim yardım xahişim Türkiyə prezidentinə çatdırılan kimi, dərhal əmr verdi və cəmi bir saat ərzində artıq üç təyyarə havaya qaldırıldı. Əlbəttə, biz bunu çox yüksək qiymətləndiririk və biz gürcülər bu yardımı unutmayacağıq. Bir daha onlara, xüsusən də pilotlara təşəkkür etmək istəyirəm. Yanğınların söndürülməsində xidmət göstərən qürurlu xilasedicilərimizə, polislərimizə, ordumuza və hər kəsə təşəkkür etmək istəyirəm", - deyə İ. Qaribaşvili bildirib.
Hüseyn İbadlı
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi

















.jpg)


















.jpg)
.jpg)
