Cənubi Qafqaz
İrəvandan KRİTİK GEDİŞ: Zatulinin Ermənistana girişinə QADAĞA QOYULDU
"Ermənistan Milli Assambleyasının rəhbərliyi həqiqətən də Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş komitəsi sədrinin birinci müavini Konstantin Zatulinə məktub göndərib ki, bu da onun Ermənistana səfərinin arzuolunmazlığını göstərir".
Publika.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan"a Ermənistan Pparlamentinin sədrinin mətbuat katibi Tsovinar Xaçatryan məlumat verib.
“Mən təsdiq edirəm ki, cənab Zatulinə müvafiq məzmunlu məktub göndərilib”, - Xaçatryan bildirib.
Lakin o, bu qərarı şərh etməyib.
Çərşənbə axşamı günü baş nazirin ailəsinə məxsus olan "Haykakan Jamanak" resursu Zatulinin Ermənistana girişinin qadağan olunduğunu bildirib.
Rusiyalı deputatın "Telegram" kanalınında dərc edilən məlumatda deyilir ki, oktyabrın 25-də o, Dövlət Dumasının deputatının rəsmi elektron poçtuna onun Ermənistan Respublikasına gəlməsinin “arzuolunmazlığı” barədə elektron məktub alıb.
Zatulin artıq məktuba münasibət bildirib və qeyd edib ki, o, bunu təhqiredici addım kimi qiymətləndirir.
Hüseyn İbadlı
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)






















.jpg)
.jpg)
