Leysan yağışları Tbilisidə həyatı İFLİC ETDİ
Bizi izləyin

Cənubi Qafqaz

Leysan yağışları Tbilisidə həyatı İFLİC ETDİ

Leysan yağışları Tbilisidə həyatı İFLİC ETDİ

Leysan yağışları və güclü külək Gürcüstanın paytaxtı Tbilisidə ciddi problemlər yaradıb.

Publika.az xəbər verir ki, Tbilisinin mərkəzi küçələrindəki sosial obyektlərin, evlərin birinci mərtəbələrinə, tunel və yeraltı keçidlərə su dolub. Güclü külək paytaxt ərazisində çoxlu sayda ağacı aşırıb. Nəticədə elektrik və qaz xətləri sıradan çıxıb.

Tbilisi meriyası güclü leysan yağışları və külək ilə əlaqədar şəhər sakinlərinə müraciət edib.

Vətəndaşlara mümkün qədər küçələrə çıxmamaqları tövsiyə edilib.

Tbilisi meriyasında vətəndaşlar və şəhərin qonaqları üçün qaynar xətt yaradılıb – 2 72 22 22.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm