Paşinyan “Putin məni devirmək istəyir” dedi - Avropada ŞOK ÇIXIŞ
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyan “Putin məni devirmək istəyir” dedi - Avropada ŞOK ÇIXIŞ

Paşinyan “Putin məni devirmək istəyir” dedi - Avropada ŞOK ÇIXIŞ

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı Rusiyanın onu devirmək istədiyinə işarə vurub.

Publika.az
xəbər verir ki, Nikol “Ermənistanda sui-qəsdin iflasa uğradığını, xalqın suverenlik və demokratiya naminə birləşdiyini” deyib.

“Ermənistanın təhlükəsizlik müttəfiqləri ölkədə demokratik hökumətin devrilməsinə açıq çağırışlar ediblər”, - erməni baş nazir bildirib.

Onun “təhlükəsizlik müttəfiqləri” deyəndə Rusiyanı nəzərdə tutuduğu aydındır.

“Ermənistanda demokratiya ciddi zərbələr alıb. “Xarici hücum”, Ermənistanın müttəfiqlərinin fəaliyyətsizliyi, daha sonra hərbi və humanitar vəziyyətdən istifadə edərək, ölkədə hakimiyyəti devirmək cəhdləri yaşandı. Bu, xarici qüvvələrin idarəsi ilə daxili iğtişaşların yaranmasına səbəb olan hibrid texnologiyaların tətbiqidir”, - Nikol iddia edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm