İRƏVAN TƏSDİQLƏDİ: Mirzoyan Bayramovla görüşə gedir
Bizi izləyin

Cənubi Qafqaz

İRƏVAN TƏSDİQLƏDİ: Mirzoyan Bayramovla görüşə gedir

İRƏVAN TƏSDİQLƏDİ: Mirzoyan Bayramovla görüşə gedir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sabah xarici işlər nazirlərinin "3+3" formatında keçiriləcək görüşündə iştirak edəcək.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan öz “Facebook” səhifəsində məlumat verib.

Xatırladaq ki, Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistan XİN rəhbərlərinin bazar ertəsi Tehranda “3+3” formatında görüşü baş tutacaq, Gürcüstan bu təşəbbüsə qoşulmur.

Səfər çərçivəsində ikitərəfli görüşlər də nəzərdə tutulub.

Daha əvvəl həmin platformada iştirak Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov tərəfindən təsdiqlənmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm