Cənubi Qafqaz
İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi
Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma “soyqırımı”nın ildönümü münasibətilə etdiyi çıxış erməniləri qəzəbləndirib. Buna səbəb Paşinyanın qondarma “soyqırımı” “böyük faciə” adlandırmasıdır.
Publika.az xəbər verir ki, Paşinyan çıxışında cəmi 3 dəfə “soyqırımı” ifadəsini işlədib, 11 dəfə isə “böyük faciə” deyib.
Erməni ekspert Varujan Qeqamyan bildirib ki, Paşinyanın çıxışında “soyqırımı”nın beynəlxalq müstəvidə tanınması məsələsinə toxunulmur, hüquqi qiymətdən bəhs edilmir.
Ermənistanda hesab edirlər ki, mövcud hakimiyyət “soyqırımı” məsələsindən imtina edir. Paşinyanın “soyqırımı qurbanları”nın 1,5 milyon olmasına şübhə etməsi, arxivlərdən onların ad və soyadlarının tapılmasını istəməsi ermənilərdə bu fikri gücləndirib.
“Hraparak” nəşri isə yazır ki, Paşinyan 24 aprel günündən imtina etməyə hazırlaşır.
“Ermənistan hakimiyyəti yaxın dövrdə “bayramlar və anım günləri” haqqında qanuna düzəliş edəcək. 24 aprelin qeyri-iş günü olması ləğv edilə bilər”, - nəşr qeyd edir.
Asif
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO




































