Cənubi Qafqaz
Bayden Əliyevlə Paşinyana sülh sazişində nələr təklif edib? - DETALLAR
ABŞ prezidenti Co Bayden Prezident İlham Əliyevə və Ermənistanın baş naziri Nikol Paşinyana ünvanladığı məktublarda tərəfləri cari ilin sonuna qədər sülh sazişi imzalamağa çağırıb. Baydenin xüsusi köməkçisi Maykl Karpenterin Bakı və İrəvana səfəri də göstərir ki, ABŞ tərəflərin qısa müddətdə razılaşmasına çalışır. Lakin danışıqların detalları, xüsusilə Vaşinqtonun nə təklif etdiyi məlum deyil.
Publika.az xəbər verir ki, “Azadlıq” radiosu Baydenin Əliyev və Paşinyana nələr təklif etdiyini öyrənmək üçün Dövlət Departamentinə sorğu göndərib.
Departament sorğuya cavabında detalları açıqlamaqdan qaçıb. ABŞ-ın sülhün tərfdarı olduğu və tərəflərin razılaşması istiqamətində çalışdığı vurğulanıb.

Rusiyalı analitik Aleksandr Xramçixin bildirib ki, Baydenin bu gedişləri ABŞ-ın Bakı və İrəvan arasında sülh sazişinin imzalanmasında qərarlı olduğunu göstərir: “Əvvəlki təşəbbüslər Dövlət Departamenti səviyyəsində olub, dövlət katibi Blinken Əliyev və Paşinyana zənglər edir, nazirlər səviyyədində görüşlər təşkil edirdi. Baydenin prosesə qoşulması ABŞ-ın təşəbbüsü yüksəltməsi deməkdir. ABŞ-da başa düşdülər ki, dövlət katibi səviyyəsində irəliləyiş əldə etmək olmur, buna görə prezident səviyyəsində hərəkət etməyə başladılar. Bu, ABŞ prezidenti tərəfindən təşkil olunduğu üçün Əliyev və Paşinyan üçün mühüm təşəbbüs olacaq, digər məqam odur ki, bu təşəbbüs yox, təklif ola bilər”.
Xramçixin qeyd edib ki, təklifin nədən ibarət olduğu bəlli olmasa da, müəyyən fikirlər irəli sürmək olar.
“ABŞ razılaşdırılmış bəndləri imzalamağı yox, bütün bəndlərin razılaşdırılmasını təklif edə bilər. Çünki Vaşinqton əvvəlcə sazişi imzalamağı çağırırdısa, indi ilin sonun kimi sülh sazişinin razılaşdırılıb, imzalanmasına dəvət edir. Güman ki, Azərbaycan üçün məqbul olan model təklif olunur”, - o bildirib.

Avropalı analitik Syuzan Stüart hesab edir ki, Bayden postunu təhvil verməmişdən öncə missiyasını uğurla başa vurmağa çalışır: “Bunun nə qədər uğurlu olub-olmayacağı bəlli deyil, hərçənd, ortada təşəbbüsün olduğu aydındır”.
Onun fikrincə, Baydenin təklifi bütün regional nüansları və tərəflərin “qıtrmızı xətləri” nəzərə alınaraq, hazırlanıb.
“Lakin hər şey aydın görünür. İrəvan son vaxtlar Qərblə sıx əməkdaşlıq etdiyi üçün ABŞ-ın təklifini qəbul etməyə meyilli olacaq. Azərbaycanla bağlı məsələ mürəkkəbdir. Ona görə də ABŞ Azərbaycana məqbul olan təklif verməlidir”, - o bildirib.
Asif
-
ABŞ05:15Vensdən İran və İsraillə bağlı gözlənilməz etiraflar
-
Dünya02:44O da vəzifəsindən ayrılır
-
Region02:18ABŞ hücum etdi, İranda bir gündə 35 nəfər öldü
-
Qoroskop01:40Günün ulduz falı: Kompromisə getmək xeyrinizə olacaq
-
ABŞ15 İyul 23:55ABŞ İrana qarşı növbəti zərbələr dalğasına başladı
-
Magazin115 İyul 21:00Azərbaycanlı aktrisa ana oldu
-
Ekopublika.az15 İyul 20:24Azərbaycan neftinin ən iri idxalçıları - Siyahı
-
Hadisə15 İyul 20:12Nəzarətsiz ərazidə 22 yaşlı gənc batdı














.jpg)





















