Cənubi Qafqaz
Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar - FOTO
Ermənistanda doğum yeri “Azərbaycan” yazılan pasportların hələ də qüvvədə olması qalmaqal yaradıb.
Publika.az xəbər verir ki, Qarabağın işğalı dövründə Azərbaycan ərazilərinə köçürülmüş ermənilərə verilən Ermənistan pasportlarında doğum yeri kimi “Azərbaycan” göstərilirdi. Bu, Qarabağın Azərbaycan ərazisi, Ermənistanın isə işğalçı olduğunu təsdiq edən fakt olsa da, rəsmi İrəvan bunu dəyişə bilmirdi. Çünki Qarabağ və işğal olunmuş digər ərazilər beynəlxalq müstəvidə Azərbaycan ərazisi kimi tanınıb.
2020-ci ildə 44 günlük Vətən Müharibəsi ilə torpaqlarımız işğaldan azad ediləndən sonra da Ermənistanın Qarabağda məskunlaşdırdığı ermənilərə verdiyi pasportlarda doğum yerinin “Azərbaycan” göstərilməsi dəyişməyib. Buna səbəb belə pasportların bir hissəsinin 2020-ci ilə qədər verilməsidir.
2019-cu ildə İrəvanın Davtaşen rayonundakı pasport idarəsindən yeni pasport alan Marina Belova adlı erməni qadın işğal dövründə Xocavəndin Çartar kəndində yaşayıb. Buna görə ona verilən pasportda doğum yeri “Azərbaycan” göstərilib. Pasportun etibarlılıq müddəti 2029-cu ilə qədərdir. Qarabağın işğaldan azad edilməsi ilə Ermənistana qayıdan M.Belova pasportun dəyişdirilməsi üçün dəfələrlə müraciət etsə də, buna nail bilmir. Qarabağın azad edilməsindən 5 il keçməsinə baxmayaraq, belə pasportların hələ də qüvvədə olması erməniləri şoka salıb.
Asif
-
Magazin221:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin119:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı















.jpg)


















.jpg)

