Tabloid.az
Elnarənin “Jeep”i cərimə meydançasında saxlanılır - VİDEO
Bir neçə gün bundan öncə müğənni Elnarə Xəlilovaya məxsus “Jeep” markalı avtomobil Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin cərimə meydançasına aparılıb.
ANS TV-nin məlumatına görə, 13 iyul axşam
saatlarında Elnarə Xəlilovaya məxsus avtomaşının dövlət nömrə
nişanının üzərinə kustar üsulla hazırlanmış qeyri standart və
üzərində müğənninin adı yazılmış löhvə aşkarlanmışdı. Bütün bunlar
təhlükəsizlik kameralarında anbaan lentə alınıb. Sürücü xanım
Azneft dairəsində yol polis əməkdaşları tərəfindən
saxlanılır.
Ancaq o, əmrə tabe olmaq istəmir. Hətta, adı
yazılmış löhvəni özü qoparmaq istəyib. Lakin polis əməkdaşları buna
imkan vermir. Və ona avtomaşınını cərimə meydançasına aparmaq üçün
protokol təyin olunur. Bundan sonra müğənni bu azmış kimi
avtomaşınını cərimə meydançasına apararkən Parlament prospektində
yolun qadağan olunmuş hissəsində maşınını saxlayıb müşahidə
kameralarına əl edib. Daha sonra o, yolda qəza şəraiti də
yaratmaqdan çəkinməyib.
Onun 99 FB 078 dövlət qeydiyyat nişanlı avtomobili
artıq 6 gündür ki, cərimə meydançasında saxlanır. Bakı Şəhər Baş
Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi
Vaqif Əsədov bildirdi ki, onun avtomobili sürücünün yol hərəkəti
qaydalarının kobud şəkildə pozduğu gündən cərimə meydançasında
saxlanılır. Müfaviq olaraq protokol tərtib olunub.
Bundan başqa şöbə rəisi onu da bildirdi ki, Elnarə
Xəlilova cərimə meydançasından avtomobilini götürmək üçün müraciət
belə etməyib.
Problemlə bağlı elə Elnarə xanımın özü ilə əlaqə
saxlamağa çalışdıq. Və suallarımızı ünvanlasaq da o, yalnız bir
cavabla kifayətləndi və bildirdi ki, bu hadisə ilə bağlı yaxın
günlərdə mətbuat konfransı keçirəcək. Və hər şey orda
aydınlaşacaq.
-
Magazin201:41“Mələk” bu dəfə çiçək bağçasında bikini ilə poza verdi - Foto
-
Nida Xəbər 00:30İlham Əliyevin adı dünyanın ən nüfuzlu liderlərinin siyahısında
-
Qoroskop00:15Günün ulduz falı - Bu işıq bəzən zəif görünür...
-
ABŞ12 Mart 23:36ABŞ-da sinaqoqa hücum edən şəxs öldürüldü - Video/Yeniləndi
-
Region12 Mart 23:00Həkimə 300 dəfədən artıq müraciət edən QADIN ÖLDÜ
-
Magazin112 Mart 22:00Ağadadaş Ağayevin qızı ilə bağlı üzücü xəbər - “Onu itirə bilərəm”
-
Magazin212 Mart 20:12Məşhur aktrisanın ən pis öpüşü - Ağız qoxusuna dözə bilməyib
-
Sosial12 Mart 20:00"WhatsApp" uşaqlarla bağlı belə qərar verdi






.jpg)


























