Tabloid.az
ƏSA Teatrı “And”la tamaşaçıların görüşünə gələcək
Azərbaycanın ilk inklüziv teatrı olan ƏSA Teatrı böyük fransız komediya yazarı Molyerin “Xəsis” əsəri əsasında “And” dramatik-komediyasını təqdim edəcək.
Publika.az xəbər verir ki, bu tamaşa 2020-ci ildə respublika üzrə yeganə premyera edən səhnə əsəridir. 9 martda baş tutacaq nümayiş sayca ikincidir.
Molyerin “Xəsis” komediyasında hadisələr orta əsrlər Parisində baş verir. Varlı və xəsis Qarpaqonun iki övladı var: Kleant və Eliza. Kleant anasıyla kasıb həyat tərzi yaşayan Mariana adlı xanımla evlənmək istəyir, Eliza isə atasının qulluğunda duran Valer adlı xidmətçiyə aşiqdir. Uşaqlarının sevgi macəralarını bilməyən Qarpaqon isə onları varlı insanlarla evləndirmək istəyir. Oğlunun sevdiyi Mariananı isə hiyləgər Frozina sayəsində özünə gəlin gətirmək arzusundadır.
ƏSA Teatrının hazırladığı “And” tamaşasında isə bugünədək səhnəyə qoyulmuş “Xəsis” əsərinə tamamilə yeni rakursdan baxılaraq, baş qəhrəman – Qarpaqonun ikrah hissi yaradan şəxsi keyfiyyətləri və xəsisliyi deyil, insanların şəxsi mənafe naminə qurduqları münasibətlərin ifşası ortaya qoyulub. Tamaşanın sonunda hər kəsin xəsis kimi gördüyü Qarpaqonun illər əvvəl verdiyi andın nə olduğunu bilirik.
Tamaşanın müəllifi və quruluşçu rejissoru Nihad Qulamzadə, prodüseri isə Nicat Qulamdır. Rollarda Elşən Əsgərov, Səmayə Ağayarova, Lalə Süleymanova, İmran Lalayev, Elsevər Rəhimov, Aysel Feziyeva, Cəmilə Məmmədli, Könül Şahbazova, Rafael Şahbəyli, Elvin Mirzəyev, Orxan Əliyev, Bəhram Rəhimli, Rəsul Zəkiyev, Günay Məmmədova və Fərid Əliyev iştirak edir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi









.jpg)


























.jpg)
.jpg)
