Tabloid.az
Azərbaycanlı rejissorun Xocalı filmindən DƏHŞƏT DOLU KADRLAR - VİDEO
“Narimanfilm” kinostudiyasının istehsalı olan “Doğma torpaq” tammetrajlı bədii filminin tizeri yayılıb.
Publika.az xəbər verir ki, sözügedən kadrları filmin rejissoru İlqar Safat və baş rolda çəkilən model Rüstəm Cəbrayılov sosial şəbəkədə paylaşıb. Ekran işi ağır səhnələrlə diqqət çəkib.
Qeyd edək ki, ekran işinin çəkilişləri Bakı, Qobustan, Qax, Zaqatala, Quba, Bərdə və işğaldan azad edilmiş torpaqlarımızda aparılıb, genişmiqyaslı layihədə mindən çox insan iştirak edib. Film Birinci və İkinci Qarabağ müharibələrinin qəhrəmanlarına, şəhidlərin xatirəsinə həsr olunub.
Bu, 80-ci illərin əvvəllərindən sovet dönəmini, minlərlə azərbaycanlının öz doğma yurd-yuvalarından qovulmasını, Qarabağın və Azərbaycanın ona bitişik rayonlarının erməni təcavüzkarları tərəfindən işğalını, Xocalıda törədilmiş soyqırımını əhatə edən bir hekayədir. Filmdə 30 ildən sonra nəhayət ki, Qarabağın işğaldan azad olunması da əks etdirilib. Layihənin əsas qəhrəmanı isə erməni təcavüzü zamanı kəşfiyyatçıya çevrilən qarabağlı bir meşəbəyidir.
Filmin premyerasının 26 fevral tarixində baş tutacağı gözlənilir, sonra əsərin beynəlxalq festivallarda təqdim edilməsi planlaşdırılır.
Baş rollarda Xalq artistləri Hacı İsmayılov, Mabud Məhərrəmov, həmçinin Alina Vorontsova (Rusiya), Rüstəm Cəbrayılov, Orxan Abbasov, Azər Aydəmir, Qorqud Cəfərli, Rəşad Səfərov, Eldar Bağırbəyov, Yaroslav Trifonov, Əjdər Abbaseyna və başqaları çəkilib.
“Doğma torpaq” filmi Mədəniyyət Nazirliyi və digər şirkətlərin birgə istehsalı ilə ərsəyə gəlib.
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 2 Oktyabr 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop2 Oktyabr 14:38Başı bəladan qurtulmayan 4 bürc


































.jpg)

