Tabloid.az
Anar Kərimov vətəndaşlarla görüşəcək
Azərbaycan Respublikasının mədəniyyət naziri vətəndaşları qəbul edəcək.
Publika.az">Publika.az Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov tərəfindən 2022-ci ilin may ayının 26-da saat 10:00-da Ağdam rayon Heydər Əliyev Mərkəzində (Ünvan: Ağdam rayonu, Quzanlı qəsəbəsi, Heydər Əliyev prospekti) Ağcabədi, Ağdam və Laçın rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.
Vətəndaşlar 22 may 2022-ci tarixinə qədər nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-30-02 telefon nömrəsi vasitəsi ilə və “Whatsapp” xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri tövsiyə olunur.