Tabloid.az
Naşir mükafatlar verəcək: hansı kriteriyalarla?
“Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu ən yaxşı tərcümələrə görə mükafatlar veriləcəyini açıqlayıb.
Publika.az">Publika.az Kult.az-a istinadla xəbər verir ki, naşir ayrı-ayrı dillərdən tərcümələrə görə mükafatları da fərqləndirib. Belə ki, müfakatlar Azərbaycanda bəlli dillərdən tərcümə sahəsində tanınmış isimlərin adını daşıyacaq:
Rus dilindən ən yaxşı tərcümə üçün - Natiq Səfərov mükafatı
İngilis dilindən ən yaxşı tərcümə üçün - Vilayət Quliyev mükafatı
Alman dilindən ən yaxşı tərcümə üçün - Vilayət Hacıyev mükafatı
Fransız dilindən ən yaxşı tərcümə üçün - Hamlet Qoca mükafatı.
Bəs, ən yaxşı tərcümə necə müəyyən ediləcək?
Bu barədə saytımıza danışan Ş.Xuduoğlu qeyd edib ki, mükafatın kriteriyalarını bir neçə ekspertdən ibarət komissiya üzvləri müəyyən edəcək:
“Namizəd əsərlər oxunub qiymətləndirildikdən sonra əsəri Azərbaycan dilinə ən yaxşı çevirən şəxsə mükafat təqdim olunacaq. Komissiyanın üzvləri arasında kimlərin olacağı isə hələ məlum deyil. Mükafatı Milli Kitab Sərgisi zamanı təqdim etməyi planlaşdırırıq. Sərginin sentyabrda baş tutacağı gözlənilir. Sentyabra bir ay qalmış komissiyanın üzvləri müəyyən olunacaq”.
Naşir deyib ki, gələcəkdə bu mükafatlar başqa dillər üzrə də müəyyən olunacaq:
“Mükafat hazırda ən işlək tərcümə dilləri üzrədir. Amma gələcəkdə başqa dillər üzrə də təsis olunacaq”.
-
Dünya14:02Qarşıdan gələn qış Avropa üçün ağır keçə bilər: Qaz çatışmazlığı riski artır
-
Sosial13:28İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış oldu - FOTO
-
Sosial13:24Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
-
Sosial11:44Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib - YENİLƏNDİ
-
Rəsmi xronika10:28MDB bu cür platforma kimi özünü təsdiqləyib
-
Tarix10:12Hataydan Romaya gedərkən batan gəmi tapıldı: Dənizin dibindən 2100 illik sirr çıxdı - FOTO
-
İdman09:00Maradonanın həkimlərinə qarşı ağır ittihamlar - Prokuror elə cəzalar istədi ki...
-
ABŞ08:48Nəhəng kabaçki yetişdirən qadın rekorda imza atdı



















.jpg)




.png)














.jpg)