“Adam içində” verilişindən yeni xəbər - AÇIQLAMA
Bizi izləyin

Tabloid.az

“Adam içində” verilişindən yeni xəbər - AÇIQLAMA

Teleaparıcı Elgiz Əkbərin müəllifi olduğu “Adam içində” verilişi Dünya Bankının hazırladığı hesabatda yer alıb.

Publika.az xəbər verir ki, yerli əhali arasında aparılan sorğuya əsasən, veriliş sözügedən hesabata düşüb. Bu məlumat Dünya Bankının və Beynəlxalq Maliyyə Korparasiyasının Bakıda təşkil olunan tədbirində açıqlanıb.

Verilişin hesabata düşməsinə səbəb proqramın insanların maliyyə savadlılığı yönündə maarifləndirilməsində göstərdiyi rol olub. Konfrans iştirakçılarının nəzərinə çatdırılıb ki, bu veriliş əhalinin maliyyə maarifləndirilməsi yönündə ölkədə qənaətbəxş fəaliyyət göstərilir.

Məsələ ilə əlaqədar publika.az verilişin aparıcısı Elgiz Əkbər ilə əlaqə saxlayıb. Aparıcı verilişə verilən qiymətdən məmnun olduğunu bildirib.

“Biz bu işə başlayanda hansısa mükafata və ya dünya səviyyəli hesabata daxil olmaq niyyətimiz olmayıb. Biz sadəcə insanlara əlimizdən gələn yardımı göstərmək istəmişik. Bu işdə biz vasitəçi olmuşuq. Əgər hansısa Azərbaycan ailəsi “Adam içində” verilişinin köməkliyi ilə evinə çörək pulu qazana bilibsə, nə xoş bizə. Biz xeyirxah missiyamızı sonadək davam etdirəcəyik. Verilişimizin belə bir hesabata daxil olması isə əlbəttə “Adam içində” verilişinin bütün kollektivinə stimul verir. Hər kəsə təşəkkürümüzü bildiririk”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm