Tabloid.az
Hollivud aktyorundan 19 illik evlilik sirri
Bu ilin aprel ayında Hollivud ulduzu Hyu Cekman və Debora-Li Forness evliliklərinin 19 illiyini qeyd edəcəklər. Hollivud ulduzları arasında nadir hallarda rast gəlinən uzun ömürlü ailələrdən olan Cekmanın ailəsi bir çoxlarına nümunə göstərilir. Cekman isə möhkəm ailəsinin sirrini açıqlayıb: Sürpriz etmək bacarığı!
“Mən daim sürpriz edirəm. Məsələn, həyat yoldaşıma zəng edərək sabah evə uçacağım barədə xəbər verirəm. Halbuki, bir neçə saat sonra evdə olacağam. Evdə çatdıqda yarım saat sonra ona sevdiyi restoranda şam yeməyi sifariş etdiyimi bildirirəm. Səhərlər isə ondan əvvəl oyanıb, onun sevdiyi pendirli blinçikləri bişirə bilərəm”.
Bundan başqa 19 il əvvəl Cekman xanımına evlilik təklifini də sürpriz formasında etdiyini əlavə edib.
“Deb ilə “Korelli” filminin çəkilişi zamanı tanış olmuşuq. Əvvəlcə ona dost olmaq üçün yaxınlaşdım. 3 aydan sonra isə onun üçün nişan üzüyü sifariş etmişdim. Dostlarım isə mənə göl ətrafında romantik masa hazırlanmasına yardım etmişdilər. Deb bu mənzərəni görəndə “Aman Allahım, bu nə gözəllikdir” demişdi. Mən isə onun qarşısında diz çökdüm və üzüyü ona təqdim etdim”.
İsa Şükürov
-
Maraq dünyası09:12Mayın sonuna qədər sərvət qazanacaq - BÜRCLƏR
-
Sağlamlıq07:35Bu vitaminlə bağlı bildiyiniz hər şeyi unudun! - Yeni araşdırmanın nəticələri şok etdi
-
Sosial06:46Ay ərzində ən azı bu qədər xərc çıxır... - 8 uşaqlı ailədən reportaj
-
ABŞ03:18Tramp bu dəfə Obamaya söz atdı
-
Qoroskop01:40Günün ulduz falı: üzünüzə şans qapısı açılacaq
-
Magazin124 May 20:46Azərbaycanlı müğənni 3-cü dəfə evlənir
-
İdman24 May 20:18Portuqaliyalı baş məşqçi Azərbaycan klubundan ayrıldı - Haqqımda xəbər yayılmışdı ki...
-
Kriminal24 May 18:4821 yaşlı qadın qətlə yetirildi, əri saxlanıldı - Video/Təfərrüat






.jpg)


























