Tabloid.az
Emin Ağalarov haqqında bilmədiymiz faktlar - Video
Azərbaycanlı iş adamı, bəstəkar və müğənni Emin Ağalarov “ELLE”-nin yeni layihəsində qonaq olub.
Tabloid.az xəbər verir ki, “Elle faktlar” (“ELLE ФАКТЫ”) adlanan qısa müsahibədə qəhrəmanlar özləri haqqında ən maraqlı faktları danışırlar. Məşhurların həyatı və suallara cavabları “canlı” formada – video görüntü vasitəsilə oxuculara təqdim olunur.
İlk müsahib Emin Ağalarov olub. O, bir neçə dəqiqəlik müsahibədə uğurlu sahibkar, musiqiçi və müğənni olmasından söhbət açıb. Həyat prinsiplərindən, məşğuliyyət və vərdişlərindən danışıb:
“Mən atayam, iki oğlum var. Ona görə də daha da məsuliyyətli olmaq, onlara vaxt ayırmaq lazımdır”.
Xaraktercə romantik ruhlu praqmatik insan olduğunu deyən E.Ağalarov “ailəm bizneslə məşğul olduğu üçün hər zaman bizneslə maraqlanmışam”-deyib:
“Hətta biznes sahəsi ilə bağlı təhsil də almışam. Musiqi ilə məşğul olmaq isə arzum olub. Hazırda musiqi ilə də ən az biznes qədər ciddi məşğul oluram”.
Eminin həyatda kumiri -biznesdə atası Araz Ağalarov, musiqidə isə Müslüm Maqomayevdir:
“Özümün sevdiyim mahnımı isə hələ ki, bəstələməmişəm”.
Emin deyib ki, onun üçün dünyanın ən gözəl qadını anasıdır:
“Qadınlarda məni daha çox cəlb edən səmimiyyət, ciddilik və tərbiyədir”.
Sən demə, müğənni səhərlər iki variantda olan yeməyə üstünlük verir:
“Səhər yeməyinə, həmişə iki variantım olur: pomidor- yumurta, ya da yulaf yarması ilə süd. Gün ərzində isə gah çay, gah da qəhvə içirəm. Bu mənim işlə bağlı yanıma gələn qonaqlarıma baxır. Soruşuram, çay içirsiniz, yoxsa qəhvə? Cavab çay olanda, çay, qəhvə olanda isə qəhvə içirəm. Viski istəyirsiniz? Lap yaxşı, o zaman sizinlə viski içərik”.
Verilişin video görüntüsünü Tabloid.az oxucularına təqdim edirik:
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO