Tabloid.az
Ağciyərlərə su yığılması hansı xəstəliklərə işarədir?
Plevrit ağciyər pərdəsinin iltihabı xəstəliyi olub plevral boşluqda mayenin yığılması deməkdir. Ağciyərlərdə ən çox rast gəlinən problemdir. Plevrit ağciyər və ağciyər pərdəsində xərçəng, qanqrena, vərəm, soyuqlama kimi xəstəliklər zamanı müşahidə edilə bilər.
Plevritin yaranmasının digər səbəbləri isə ürək çatışmazlığı, böyrək çatışmazlığı, zob xəstəlikləri, yemək borusu xərçəngnin ağciyərə yayılması, yemək borusunun cırılması, qaraciyər sirozu kimi xəstəliklərdir.
Əslində plevral boşluqda həmişə 20 ml maye olur. Bu ağciyərin bir pərdəsindən ifraz olunur. O biri pərdəsindən isə əmilir. Ancaq hər hansı səbəbdən bu balans pozulduqda plevrit problem ilə üzləşirik.
Plevrit ilk növbədə kəskin ağrı ilə özünü büruzə verir. Bir müddət sonra nəfəs alıb-verdikcə ağrının artması müşahidə olunur. Daha sonra isə xəstə nəfəs alarkən və hərəkət edərkən ciyərlərindən ətrafdakıların də duya biləcəyi qədər yüksək tempdə səs gəlir. Bu, ağciyərin bir-birinə sürütünən pərdələrinin səsidir.
Bəzən plevrit temperaturun 38-39 dərəcəyə qalxmasına səbəb olur. Bu zaman xəstəni kəskin öskürək tutur. Bu isə ağrınının şiddətinin daha da artmasına gətirib çıxarır.
Bu ağrı bəzən qarın və sinədə hiss edilir.
Ağrıya qarşı mübarizə
Plevritin müalicəsi zamanı ilk öncə xəstənin daha az əzab çəkməsi üçün ağrıkəsicilərdən istifadə olunur. Bunun üçün xəstəyə güclü ağrıkəsici dərman preparatları təyin olunur. Xəstəxanaya gedənə kimi xəstəyə xardal yaxması ilə kompres edə və ya döş qəfəsinə yod çəkmək məsləhətdir.
Həkim ilk öncə plevritə nəyin səbəb olduğunu tapır. Ağciyərlər artıq mayedən təmizləndikdən sonra plevritə səbəb olan əsas xəstəlik müalicə olunur. Xəstələr üçün plevrit qorxulu yuxu olsa da, həkimlər bu problemin həyat qurtardığını deyirlər. Belə ki, bir çox xəstə vərəm və ya xərçəng olduğunu plevritlə üzləşdikdən sonra anlayır. Erkən diaqnoz qoyulduğu üçün daha tez sağalmala mümkün olur.
Tabloid.az
-
Nəqliyyat19:30Bakıda ictimai nəqliyyatda daha bir yenilik: üztanıma ilə ödəniş... - Foto
-
Hadisə18:30Səidə Bəkirqızı qəzaya düşdü - Video
-
Rəsmi xronika16:57İlham Əliyev fərman imzaladı
-
Cənubi Qafqaz16:28Fransa SEZAR-ları Ermənistana verdi – Bu tarixdə nümayiş olunacaq
-
Yaxın Şərq16:00Səfir təsdiqlədi: İsrail ərəb ölkəsində “Dəmir günbəz” yerləşdirib
-
Sosial14:00Onlara yüksək vəzifə verildi
-
MDB13:04Qonşumuzda qorxunc demoqrafik böhran: Hökumət təcili hərəkətə keçdi
-
Sosial11:48Bu ərazilərdə 3 gün su olmayacaq




















.jpg)






.jpg)








