Günel Hümbətova: “Nişanlım məni atacaq” - Fotolar
Bizi izləyin

Tabloid.az

Günel Hümbətova: “Nişanlım məni atacaq” - Fotolar

Günel Hümbətova: “Nişanlım məni atacaq” - Fotolar

Cazibədar aparıcı Günel Hümbbətova axır vaxtlar çox dəyişdiyini, hətta əvvəlki Güneldən ümumiyətlə, əsər-əlamət qalmadığını bildirib. Tabloid.az xəbər verir ki, aparıcı həyatında baş verənləri qısa və romantik şəkildə "facebook" statusunda yazib. Statusunu olduğu kimi təqdim edirik:

“Son 4-5 aydır təbiiliyə ifrat dərəcədə önəm verirəm. Demək olar ki, makiyajdan da istifadə etmirəm. Saçlarımı sadəcə yuyub daramaqla kifayətlənirəm. Yeri gəlmişkən, saçlarımın rəngi də artıq öz təbii rəngini alıb. Nəhayət ki, uzandılar. Saçlarım ağarmayana kimi boyadan istifadə etməməyi düşünürəm.

Çəkim də bir qədər artıb. Əvvəllər isə bir balaca köklən kimi yeməyimə diqqət edirdim, idmanla məşğul olurdum. Bir sözlə vaxtımın çoxunu özümə həsr edirdim. İdni isə əksinədir. Yəqin depressiyada olduğumu düşünəcəksiniz. Amma belə deyil. Tam tərsinə hər zamankından daha xoşbəxtəm.

Özümə qarşı niyə belə passiv olduğumu və beynimdəki sual işarələrinə elə özüm cavab tapdım. Axı deyirlər ki, həyatlarında durğunluq olan qadınların özlərinə daha çox baxırlar, sevildiklərini hiss edən qadınlarda isə arxayınlaşma gedir. Belə bir məsəl də var ki, “Qadın saçlarının rəngini qəfildən dəyişirsə, deməli, depressiyadadır”.

Beynimdən keçənləri sizinlə bölüşmək istədim… Amma daha belə olmaz. Belə davam etsəm, nişanlım məni atacaq. Sabahdan gözəllik salonunda növbə tutsam, yaxşıdır!”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm