Tabloid.az
Niyə hər gün meyvə salatı yemək lazımdır?
Hamıya məlumdur ki, orqanizmin sağlam olması üçün gün ərzində meyvə və tərəvəz yeməliyik. Ancaq bəzən tək bir meyvə yeyərək kifayətlənirik. Buna görə də, mütəxəssislər meyvələrin salat formasında yeyilməli olduğunu bildirirlər. Çünki meyvə salatına müxtəlif meyvələr əlavə edildiyi üçün orqanizmin vitamin və mineral çatışmazlığını ödəyir.
Bədənimiz gün ərzində bir çox vitamin və minerallara ehtiyac hiss edir. Əgər bir və ya iki meyvə növü ilə kifayətlənsək, bu vitamin çatışmazlığı ilə üzləşməyimizə səbəb olar.
Tabloid.az aparılan araşdırmalara əsasən xəbər verir ki, Avropada insanlar meyvəni salat formasında yeməyi xoşlayırlar. Ancaq bizim ölkəmizdə demək olar ki, meyvə salatı sadəcə özəl günlərdə yeyilir.
Meyvə salatına əlavə edilən meyvələri də düzgün seçmək lazımdır. Elə etmək lazımdır ki, meyvə salatı müxtəlif vitamin qrupları ehtiva etsin. Xüsusilə də C, B, A vitaminləri ehtiva edilən meyvələr mütləq gün ərzində qəbul edilməlidir.
Meyvə salatlarına kivi, portağal, naringi, quru meyvələr, alma və armud əlavə etmək olar.
Sonda onu da qeyd edək ki, meyvə salatınını mövsum meyvələrindən hazırlamaq məsləhətlidir.
Tabloid.az
-
Dünya22:48Günəş yaxınlığında sirli asteroid kəşf edildi - Parçalanma gedir
-
Magazin122:008 illik evlilik Hazala görə bitdi?
-
Magazin120:36Röya illər sonra keçmiş həyat yoldaşı ilə - VİDEO
-
İdman20:24“Sabah” - “Neftçi” matçında dava düşdü - VİDEO
-
MDB19:24İş adamı Ermitajda taxt-tacı ələ keçirdi, polisi bıçaqla hədələdi - VİDEO
-
Nida Xəbər 17:48Ukrayna Baş nazirinin müavini Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:40Mavriki Prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:17D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana gəldi































.jpg)


