Texnoloji
Günəş enerjisi ilə işləyən təyyarə dünya səyahətinə çıxıb
Günəş İmpulsu 2 və ya qısa adı Sİ-2 adlanan, yüngül şüşə tərkibli plastikadan düzəldilən təyyarə təkmilləşdirilərək dünya ətrafında səyahət üçün hazır vəziyyətə gətirilib.
Təyyarənin bundan əvvəlki modeli Günəş İmpulsu 1, 2012-ci ildə Avropadan Şimali Afrikaya və 2013-cü ildə isə Birləşmiş Ştatlar boyunca uçuş sınağından keçirilib.
Sİ-2-nin 72 metr uzunluğundakı qanadlarına 17000-dən çox günəş batareyaları qoyulub. Batareyalar 52 kilovat gücə qədər enerji hasil edir. Batareyalar həmçinin təyyarənin gecə işləməsi üçün dörd elektrikli mühərrikin qoşulu oldu akumulyatoru doldurur.
Bir oturacaqlı təyyarə Əbu Dabidən səmaya qalxaraq günəşin güclü olduğu ekvator boyunca uçaraq sadəcə bir neçə gün sonra fasilələrlə yerə enəcək və bu əsnada uçuş üçün nəzərdə tutulmuş iki pilot yerlərin dəyişəcək.
Lahiyənin həmtəsisçisi və pilotlardan biri Bertrand Pikkard deyir ki, uçuş çox səbr tələb edir.
Bertrand Pikkard: "Hamı çox həyəcanlıdır və biz həmçinin pilot və komandanı psixoloji olaraq hazırlayırıq. Çünki texnologiya mükəmməl olsa da, siz hər bir uzun uçuşun öhdəsindən gəlməlisiniz. Tək pilotun beş gün beş gecə göyərtədə olması hamı üçün stresslidir."
Həmtəsisçi və əvəzləyici pilot Andre Borsçberq deyir ki, Sİ-2 nin avtopilotda uçmaq üstünlüyü olmasına baxmayaraq, onlar hər uçuş vaxtı ancaq 20 dəqiqə dincəlmək və ya yatmağı planlaşdırırlar.
Andre Borsçberq: "Hər gecə neçə dəfə fasilə götürəcəyimizi indidən demək çətindir. Biz hər 24 saat ərzində 6-8 dəfə üçün təlim görmüşük. Yəni hər 24 saata 2 saat yatmaq üçün vaxt ayrılır ki, bu o qədər də çox deyil."
Bertrand Pikkard deyir ki, lahiyənin məqsədi yenilənə bilən enerji mənbələrini və təmiz texnologiyanın üstünlüklərini nümayiş etdirməkdir.
Bertrand Pikkard: "Əgər təyyarə yanacaqdan istifadə etmədən dünya ətrafında uça bilirsə, təsəvvür edə bilirsiz bu texnologiya hər yerdə necə istifadə oluna bilər?"
Sİ-2 mart ayında uçuşa çıxıb, iyul ayında Əbu Dabiyə geri dönəcək.
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 26 Oktyabr 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama












.jpg)























